Zəngəzur dəhlizinin açılması Orta Dəhlizə təkan verəcək - FOTO

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 2-də Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Liu Ciançaonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən Avtosfer.az-a verilən xəbərə görə, görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin siyasi iradəsi və birgə səyləri sayəsində iki ölkə arasında əlaqələrin yüksək inkişaf dinamikası nümayiş etdirməsindən məmnunluq ifadə olunub.
Ötən il dövlət başçıları tərəfindən “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin qəbul edilməsinin dövlətlərarası münasibətləri keyfiyyətcə yeni səviyyəyə qaldırdığı bildirilib.
Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında əməkdaşlığın səviyyəsi yüksək qiymətləndirildi, bu əməkdaşlığın iki ölkə arasında əlaqələrin inkişafı baxımından əhəmiyyəti vurğulanıb.
Görüşdə Azərbaycan-Çin qarşılıqlı faydalı tərəfdaşlığının gündəliyində duran aktual məsələlər və bir sıra konkret istiqamətlər üzrə perspektivli layihələr nəzərdən keçirilib, həmçinin ticarət-iqtisadi, investisiya, yaşıl enerji, nəqliyyat-logistika, rəqəmsal inkişaf və innovativ texnologiyalar, mədəni-humanitar, turizm sahələrində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Söhbət zamanı Baş nazir tətrəfindən Orta dəhlizin bütövlükdə Avrasiya, o cümlədən Cənubi Qafqaz ölkələri üçün əhəmiyyəti qeyd edilib, Zəngəzur dəhlizinin açılmasının Orta Dəhlizin inkişafına təkan verəcəyi vurğulanıb.

Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir











