Avtomobildə "plyonka"dan istifadə vacibdir - Ekspert fikirini belə əsaslandırdı
Bu gündən etibarən “Dayanma və ya durma qaydalarının pozulmasına görə gün ərzində təkrar cərimə tətbiqi ləğv edilib”. Dəyişikliyə əsasən, şəxs dayanma və ya durma qaydalarının pozulmasına görə gün ərzində təkrar inzibati məsuliyyətə cəlb oluna bilməz. Xatırladaq ki, sürücü dayanma və ya durma qaydalarını pozmağa görə 20 manat məbləğində cərimə edilirdi. Eyni zamanda, avtomobillərin ön şüşəsinin yuxarısına rəngli plyonka bərkidilməsi də qadağan edilib. Amma bu, sənaye üsulu ilə olanlara aid edilməyib.
Sözügedən qanun dəyişikliyini şərh edən nəqliyyat üzrə mütəxəssis Eldəniz Cəfərov bildirib ki, “Dayanma və ya durma qaydalarının pozulmasına görə gün ərzində təkrar cərimə tətbiqinin ləğvi”nin müsbət tərəfi vətəndaşın üzərinə düşən cərimə yükünün bir qədər azalmasıdır: “Məncə, bu qaydanın tətbiq edilməsinin heç bir mənfi tərəfi yoxdur. Sürücü gün ərzində sözügedən qaydaları pozduğuna görə, cərimələnibsə, bu o demək deyil ki, o artıq yenə də qaydaları poza, avtomobili istədiyi yerdə saxlaya, hərəkətin intensivliyinə mane ola bilər. Belə hal əgər təkrarlanarsa, sürücüyə digər maddə ilə cərimə pozuntusu yazıla bilər. Bəzən sürücü məcbur qalaraq avtomnobilini qadağan olunmuş yerlərdə saxlayırdı. Məsələn, avtomobildə müəyyən nasazlıq yaranarkən sürücü məcbur qalıb maşını qadağan olunmuş ərazidə salayırdı və s. Bu zaman o, kameralara vasitəsilə görüntülənərək yaxud da Bakı Nəqliyyat Agentliyinin səyyar nümayəndələri təərfindən cərimə olunurdu. Məncə, bu da bir qədər ədalətsiz qərar idi. Çünki bu kimi hallar sürücüdən asılı olmayaraq baş verən qayda pozuntusu olur. Ona görə müəyyən məqamlarda sürücülərə güzəşt etmək vacibdir”.

Eldəniz Cəfərov qeyd edib ki, avtomobillərin ön şüşəsinin yuxarısına rəngli "plyonka" bərkidilməsinin qadağası mənasız qərardır: “Avtomobillərin ön şüşəsinin yuxarısında rəngli "plyonka"nın bərkidilməsinin qadağan edilməsi lazımsız bir qərardır. Qərar sənaye üsulu ilə olanlara aid edilməyib bu isə qərarı ümumiyyətlə anlaşılmaz edir. Əgər sənaye üsulu ilə olanlara icazə verilirsə, kustar üsulu ilə olanlara niyə icazə verilməsin ki? Bu "plyonka" avtomobilin hərəkət hissəsinə, transmissiyasına heç bir xətər yetirmirsə, heç bir yan təsiri yoxdursa, bu kimi qərarların verilməsinin nə mənası var? "Plyonka" məsələsinə gəldikdə, qeyd edim ki, Azərbaycan isti ölkələr arasındadır. Burada yaz-yay, hətta payızın bəzi aylarında hava çox günəşli olur. Ona görə də bu "plyonka"ların çəkilməsi məsələsi birdəfəlik ləğv edilməlidir. İcazə verilməlidir ki, sürücü ona rahat olan "plyonka"ların çəkilməsini həyata keçirsin. Çünki burada sürücü onu bəzək üçün yerləşdirməyib. O, "plyonka"nı sırf özünü günəş şüalarından qorumaq üçün yerləşdirib”. (Ted.az)
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO
Sürücü evakuatoru işıqforun altında saxlayıb hərəkətə maneə yaratdı – 77-TE-419 - VİDEO










