Bu yolda tıxac belə yaranır - 3 zolağı 4 edənlər, təcili yardıma yapışanlar - VİDEO

Son illər ölkədə avtomobil sayının artması paytaxtın şimal girişində tıxacın daha da böyüməsinə səbəb olur. 15-20 ildən çoxdur ki, səhərlər Xırdalandan üzü paytaxt istiqamətində, axşamlar isə Tbilisi prospektindən üzü Xırdalan istiqamətində yaşanan tıxacın həlli tapılmır.
Avtosfer.az xəbər verir ki, bir sıra mütəxəssislər alternativ həll yolu kimi 20 Yanvar dairəsi ətrafında və Xırdalan tuneli yaxınlığında yolların genişləndirilməsini təklif etsə də, bu təklifin də məsələni təməldən həll etməsi gözlənilən olmayıb.
Sosial şəbəkələr vasitəsilə göndərilən videodan da aydın olur ki, “20 Yanvar” tunelində 3 zolaqlı yol bəzi sürücülər tərəfindən 4 zolağa qaldırılıb. Avtomobillər bir-birinə olduqca yaxın hərəkət edir. Tuneldə buna müəyyən qədər şərait yaransa da, tunelin çıxışında artıq zolaqlar daralır. Ziya Bünyadov prospektindən, “Şamaxinka”dan gələnlərin də sıxlığı daha da artırması səbəbindən tunelin çıxışında hərəkət daha da çətinləşir.
Videoda da göründüyü kimi, tuneldəki problem bununla da bitmir. Tunelə daxil olan təcili tibbi yardım avtomobilinin arxasında iki maşın düşür. Təcili yardım maşınının önü açıldıqca irəliləmə imkanı olan sürücülər qaydaları pozmağa davam edib. Sonda digər avtomobillərin yol verməməsi səbəbilə yaranan 4-cü zolaqda qalan sürücülər başqalarından yol istəməli olub. Sıxlığın yaranma səbəblərindən biri də məhz bu təfəkkürdə olan sürücülərdir. Bildikləri halda ki, operativ nəqliyyat vasitələrinin arxasınca düşüb getmək cərimə səbəbidir, bu cür əməllərindən əl çəkmirlər. Digə tərəfdən belə sürücülərin başa düşmədiyi bir məsələ də odur ki, həmin təcili yardım maşının arxasına düşərək, o operativ nəqliyyat vasitəsinin içində daşınan xəstənin bir yaxınının da hərəkətinə maneə yarada bilərlər. Bir gün eyni situasiyada onların özləri də ola bilər və bir yaxınlarını xəstəxanaya çatdırmağa çalışan təcili yardım maşınının arxasına düşə bilərlər. Bu məsələlərdə diqqətli olmaq, “harada boş yer var, ora maşını soxmaq psixologiyası”ndan uzaq durmaq lazımdır.
Səfər
Qırmızı işıqda səhv zolaqdan yolayrıcına girib qəza şəraiti yaratdı - VİDEO
Yolu səhv salan sürücü səkiyə çıxıb qırmızı işıqda keçdi - VİDEO
Yüksək sürətlə gedən sürücü ayırıcı zolağın üzərində ötmə etdi - VİDEO
Qırmızıda skuterlə keçiddən keçən oğlan az qala qəza törədəcəkdi - VİDEO
Nömrəsiz motosikletlə “şou” göstərdi: Əks yola çıxdı, maşınların arasından şütüdü - VİDEO
Prospektdə təhlükəli anlar: Moped sürücüsü beton arakəsmədən əks yola çıxdı - VİDEO
Eyni anda 3 kobud qayda pozan sürücü: 7 bal 300 manat - VİDEO
Yol verməyib təhlükə yaradan sürücü əlini çıxarıb narazılıq etdi - VİDEO
Yağışlı havada "avtoş"luq edən saxlanıldı
Bakıda sürücülər arasında gərginlik: “Öz zolağımla gedirəm, sən çıxırsan üstümə” - VİDEO
Qarşıdan gələn maşının yolunu kəsib qəza şəraiti yaratdı - 77-RY-378 - VİDEO












