Bakıda moped sürücüləri səkiyə çıxıb görün nə etdi -YENİLƏNİB - VİDEO

Bakıda bəzi moped və motosiklet sürücüləri yol hərəkəti qaydalarını kobud şəkildə pozurlar. Onlar səkidə piyadalarla bərabər hərəkət edirlər.
Avtosfer.az xəbər verir ki, bununla bağlı videogörüntülər paytaxtın Nəsimi rayonu, 28 may və Rəşid Behbudov küçələrinin kəsişməsində çəkilib. Bir qrup kuriyer xidməti göstərən moped və motosiklet sürücüsü yolda sıxlıq olduğundan sifarişi müştəriyə tez çatdırmaq üçün qaydaları kobud şəkildə pozaraq səkiyə çıxıblar. Piyadaların getdiyi səkidə bu cür nəqliyyat vasitələrinin də hərəkət etməsi olduqca təhlükəlidir. Onlar daha sonra isə işıqforun qırmızı işığında yolayrıcına daxil olaraq yollarına davam ediblər. Görüntüləri izləyən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli həmin sürücülərin kobud qayda pozduqlarını bildirib. Baş inspektorun sözlərinə görə, elə bunun nəticəsidir ki, son illərdə mopedlərin iştrakı ilə baş vermiş qəzaların sayında ciddi artım var. Araz Əsgərli deyib ki, moped sürücüləri ilə bağlı qanunvericiliyə dəyişiklik edilməsi üçün müvafiq təkliflər olunub. Mövcud qanunvericiliyə ediləcək dəyişikliklə qayda pozan moped sürücüləri xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilərək barələrində inzibati qadada cərimə tətbiq olunacaq. Amma bu qayda təsdiq edilənə qədər hər bir moped sürücüsü özlərinin və digər hərəkət iştrakçılarının həyat və sağlamlıqlarını qorumaq məqsədi ilə yol hərəkəti qaydasına ictimai məsuliyyət hissi ilə yanaşmalıdır.
Fərid
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












