Bakıda tanınmış taksi şirkətinin sürücüsü qoçuluq edib yolu kəsdi - VİDEO

Bakıda "Uber" taksi şirkətinin sürücüsü qaydaları kobud şəkildə pozaraq təhlükəli hərəkətlər edib. Avtosfer.az">Avtosfer.az xəbər verir ki, 99-VJ-716 qeydiyyat nişanlı avtomobilin sürücüsü mayın 12-i paytaxtın Mikayıl Müşviq küçəsində hərəkət edərkən sərt döngədə ötmə əməliyyatı etməyə çalışıb. Qarşıdan avtomobillərin gəldiyini görən sürücü toqquşmamaq üçün qəfildən sağa manevr edib. Bu zaman sağ zolaqda hərəkət edən sürücüyə qəza şəraiti yaradıb. Səs siqnalı ilə xəbərdarlığı görən sürücü, həmin avtomobilin qarşısını kəsərək əl-hərəkətləri ilə özünə bərait qazandırmağa çalışıb.
O, daha sonra Yasamal rayon Məhkəməsinin qarşısındakı avtobus dayanacağında saxlayaraq dayanma-durma qaydasını pozub.
Bu cür intizamsız sürücülərin videogörüntüləri sosial şəbəkədə yayılan zaman, bəzi insanlar qayda pozuntusu edəni qınamaq əvəzinə, ona haqq qazandıraraq "bəlkə tələsir", "bəlkə xəstəsi var"- kimi ifadələr işlədirlər. Lakin videodan da göründüyü kimi bu sürücü nə tələsir, nə də ki, xəstəsi var. Bu, sadəcə qayda-qanunlara tabe olmaq istəmir.
Qayda pozub digər sürücüyə təhlükə yaradan zaman düşünün ki, bəlkə qarşısını kəsdiyiniz sürücü tələsir, bəlkə maşınında xəstəsi var?
Təbriz
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












