Bakıda yüksək sürətlə ötmə edən sürücü ölümdən belə döndü - VİDEO

Bakıda sürücünün intizamsızlığı faciə ilə nəticələnəcəkdi. Təhlükəli anlar yaşadan sürücünün hərəkəti avtomobildəki kameraya qeyd olunub. Avtosfer.az xəbər verir ki, günün qaranlıq saatında paytaxtın Koroğlu Rəhimov küçəsində hərəkət edən "Vaz" markalı avtomobilin sürücüsü, qarşısında hərəkət edən nəqliyyat vasitəsini ötmək üçün qoşa xəttin tələbini pozaraq əks istiqamətə çıxıb. O, qarşıdan avtomobillərin gəlməsinə əhəmiyyət verməyərək yüksək sürətlə axına qarşı hərəkət edib. Bu zaman görüntünü qeydə alan sürücü həmin avtomobili son anda görərək qəfil sağa manevr edib və faicəvi sonluqla nəticələnəcək qəzadan yan keçib.
Qeyd edək ki, sürücülər yollarda əsasən sol zolaqla hərəkət etməyə üstünlük verirlər. Mütəxəssislər sol zolağın nə qədər təhlükəli olduğunu dəfələrlə sürücülərin nəzərinə çatdırıb. Qəzaların böyük qismi də kənar sol zolaqda baş verdiyi üçün, həmin zolaqlar təhlükəli sayılır. Buna görə də həmin zolaqlarla hərəkət edən sürücülər qaydaları pozmamalı və daha diqqətli olmalıdırlar.
Təbriz
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












