Bu avtomobillərin də taksi fəaliyyətinə icazə veriləcək – SÜRÜCÜLƏRƏ ŞAD XƏBƏR - VİDEO

Qaydalar 5 İyul 2024 18:54 Oxunub 8554
Bu avtomobillərin də taksi fəaliyyətinə icazə veriləcək – SÜRÜCÜLƏRƏ ŞAD XƏBƏR - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İyulun 1-dən etibarən taksilər üçün tətbiq edilən yeni qaydalar bu nəqliyyat vasitəsinin sürücüləri tərəfindən doğru anlaşılmayıb.

Avtosfer.az xəbər verir ki, artıq istehsal ili 8 ildən yuxarı olan nəqliyyat vasitələrini taksi kimi qeydiyyatdan keçirmək mümkün deyil. Qərar artıq Baş nazir tərəfindən imzalanıb.

Nəqliyyat eksperti Elməddin Muradlı bildirir ki, qəbul edilmiş qərarda taksi sürücülərinin daha çox maraqlandığı, bilməli olduğu bir məqam var. Hansı ki, bu məsələ müəyyən sürücülərin taksi kimi fəaliyyətini davam etdirməsi üçün vacibdir.

“Taksi minik avtomobilinin istismar müddəti 15 ili ötməməlidir. Bu o deməkdir ki, bu gün istismar müddəti 8 ili ötməyən avtomobili taksi fəaliyyəti üçün təqdim etsək, həmin avtomobili “15 yaşı” tamam olana qədər istismar edə bilərik. Bəzi sürücülər elə başa düşür ki, artıq 6-7 il istismar olunan avtomobili artıq taksi kimi qeydiyyata aldırmaq lazım deyil, çünki artıq 1-2 il istismar müddəti qalır, “8 yaşı” olduqdan sonra avtomobili istismardan çıxarmalıyıq... Xeyr. Bu gün biz də araşdırdıq, dəqiqləşdirdik ki, belə bir qərar sürücüləri çətin vəziyyətdə qoya bilər. Məsələnin əsl mahiyyətini bu gün AYNA ilə dəqiqləşdirə bildik. Deyək ki, sizin avtomobilinizin “7 yaşı” var və onu taksi fəaliyyəti üçün qeydiyyata saldıra bilərsiniz. Bu zaman sizə 7 il müddətinə şəhadətnamə, yəni taksi buraxılış kartı verilir. Lakin burada bir problem var. Avtomobilin istismar müddəti 14 il olduqda, həmin taksi buraxılış kartının da istifadə müddəti bitir və siz həmin kartdan təkrar istifadə edə bilməzsiniz. Yenidən müraciət etdikdə, sizə bildirilir ki, avtomobilin istismar müddətinə 1 il qaldığı üçün yeni takasi buraxılış kartı verilə bilməz. Yaxud, avtomobilinizin “5 yaşı” var və siz taksi buraxılış kartı aldıqda 7 illik müddətə istifadəyə yararlı ola bilər. Bu məsələləri növbəti mərhələdə tənzimləmək lazımdır. Hesab edirəm ki, bəzi hallarda sürücülərə şans tanımaq lazımdır. Əgər avtomobilin 1 ildən az istismar müddəti qalarsa, az müddət üçün yeni kart verilməməsi anlaşılandır. Amma 2-3 və daha uzun müddət üçün sürücülərə yeni kart verilsə, daha yaxşı olar”.

Ekspert onu da vurğulayıb ki, belə məqamlarda sürücülərin taksi buraxılış kartının istifadə müddəti bitdikdən sonra qalan 2-5 illik dövrü necəsə kompensasiya etmək lazımdır. Sürücü də avtomobilinin istismar müddəti bitmədən, yəni 15 ili tamam olmadan yeni avtomobil almaq məcburiyyətində də qalmaz.

Səfər Əlizadə

ŞƏRH YAZ
Ad

E-mail

Şərh