Braziliyada sərnişin təyyarə trapından yıxılaraq öldü

Braziliyanın hava limanında təyyarədən enərkən trapdan yıxılan 72 yaşlı qadın həyatını itirib.
Avtosfer.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
Bildirilib ki, beyin qanaması diaqnozu ilə xəstəxanaya yerləşdirilən zərərçəkmiş iki gün sonra orada vəfat edib.
Bədbəxt hadisə San-Paolodakı Konqonyas hava limanında baş verib. Qadına hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra o, aviaşirkət əməkdaşının müşayiəti ilə təcili olaraq özəl klinikaya çatdırılıb. Qadın orada dünyasını dəyişib.
Aviaşirkət rəsmi açıqlamasında bədbəxt hadisəni təsdiqləyərək sərnişinin ölümündən dərin kədər hissi keçirdiklərini bildirib və onun ailə üzvlərinə başsağlığı verib. Daşıyıcı şirkət bütün müəyyən edilmiş qaydalara riayət etdiyini və sərnişinlərin təhlükəsizliyi üçün mümkün olan bütün tədbirləri gördüyünü vurğulayıb.
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO
Azərbaycanda ildırım yaşayış binasına düşdü - FOTO
Motosikletçi azyaşlı uşaqları ilə yolu keçən qadına görün necə kömək etdi - VİDEO
Daha bir ölkədə Eboladan ölüm qeydə alındı – RƏSMİ
Buzovnada 10 gündür qaranlığa qərq olan küçə təhlükə saçır - VİDEO
Hərəkətdə olan maşından tabut yola düşdü – VİDEO
Qayda pozan piyada yolun yarısından qaçaraq geri qayıtdı - VİDEO
Bu yolda çuxur sürücüləri “tələyə” salır: Təkərlər partlayır, qəzalar baş verir - VİDEO












