Əlində içki şüşəsi ilə yol polisinə "hava atan" sürücü saxlanıldı - VİDEO

Sükan arxasında içki şüşəsi ilə video çəkib sosial şəbəkələrdə izləyicilərin marağını cəlb etmək istəyən sürücü saxlanılıb. Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. İdarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov açıqlamasında bilidirib ki, sosial şəbəkələrdə, xüsusilə Avtosfer.az saytında "sükan arxasında əlində içki şüşəsi ilə yol polisinə "hava atan" sürücü" - adlı məqalə ilə əlaqəli araşdırma aparılıb. Məqalədə göstərilən 90-KY-140 qeydiyyat nişanlı "Chevrolet" markalı avtomobilin sürücüsü aşkarlanıb və Dövlət Yol Polisi İdarəsinə dəvət olunaraq törətdiyi xəta ilə bağlı izahatı alınıb. Sürücü Elçin Babayev səmimi peşmançılıqla törətdiyi xətanı etiraf edib və həmin xəta ilə bağlı qanunda göstərilən tələblər üzrə inzibati tənbeh tətbiq edilib.
Sürücü E.Babayev bir daha belə hərəkətlərə yol verməyəcəyini də əlavə olaraq bildirib.
Nərminə Əli
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO













