Gəncədə “Niva” ilə şəhəri bir-birinə qatan sürücü - DİN-dən AÇIQLAMA - VİDEO

Gəncə şəhəri “Mərkəzi kruq” adlanan yolda qaydaları kobud şəkildə pozan sürücü özünü videoya çəkərək sosial şəbəkə hesabında paylaşıb.
Avtosfer.az xəbər verir ki, sürücü idarə etdiyi "Niva" markalı 20-DX-016 qeydiyyat nişanlı avtomobillə ardıcıl olaraq manevr qaydalarını pozub.
Digər video isə şəhərin Həsən Bəy Zərdabi küçəsində qeydə alınıb. Sürücünün avtomobildə bir sıra konstruksiya dəyişikliyi etməsi və digər sürücülərə təhlükəli vəziyyət yaratması aydın şəkildə əks olunub.
Qeyd edək ki, sürücü İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cəzalandırıla bilər.
DİN mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Avtosfer.az-a bildirib ki, həmin görüntülər bir neçə il əvvəl çəkilib və sözügedən avtomobil ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları həmin dövrdə də qanunamüvafiq tədbir görmüş sürücü dəfələrlə inzibati məsuliyyətə cəlb olunub. Onu da qeyd edim ki sözügedən avtomobil bir müddət əvvəl qeydiyyatdan çıxarılıb
Könül Rauf
Dayanacağa girməyən avtobus sürücüsü yolda sərnişin düşürüb-mindirdi - VİDEO
Taksi çağıran sərnişin yer tapmadı – Duracağı zəbt etdilər - VİDEO
Ötmə qaydasını pozan sürücü təhlükə yaratdı, sonra "ara işlədi" - VİDEO
“Niva” sürücüsü qoşa xətdən sağa-sola keçib “hoqqa” verdi - VİDEO
Baş yoldakı maşını gözardı edən sürücü az qala qəza törədəcəkdi - VİDEO
Taksi duracağı şəxsi dayanacağa çevrildi – Sürücü yer tapa bilmədi - VİDEO
Yanaşı parklanan maşınlar yolu kəsib hərəkəti çətinləşdirirlər - FOTO
Yüksək sürətlə qırmızıda keçən sürücü piyadanı qorxuya saldı - VİDEO
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO












