Gəncədə qaydaları vecinə almayan sürücü əks yolda “şou” göstərdi - HƏBSƏ DÜŞDÜ - VİDEO

Gəncə şəhəri, Nizami Gəncəvi prospektində kobud qayda pozan sürücü videosunu sosial şəbəkə hesabında paylaşıb.
Avtosfer.az-ın məlumatına görə, 77-QR-674 dövlət nömrə nişanlı “Changan” markalı avtomobilin sürücüsü qoşa xəttin tələbinə məhəl qoymayaraq əks istiqamətli yola çıxıb. Kadrlardan aydın olur ki, sürücü hərəkət zamanı yalnız bir əli ilə sükanı idarə edib, digər əlində isə mobil telefonla özünü lentə alıb. Yol boyu nəqliyyat axınına qarşı hərəkət edən sürücü digər avtomobillər üçün qəza riski yaradıb.
Qeyd edək ki, sükan arxasında mobil telefondan istifadə və əks istiqamətdə hərəkət etmək yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalını artırır. Bu cür məsuliyyətsiz davranışlar təkcə sürücünün deyil, ətrafdakı hər kəsin həyatını təhlükə altına atır. Hər bir sürücü yol hərəkəti qaydalarına riayət etməli və təhlükəsizliyi şəxsi “şou”dan üstün tutmalıdır.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, sözügedən sürücü — Rəhimov Əvəz Nadir oğlu ötən ilin dekabr ayında polis əməkdaşları tərəfindən müəyyən edilib. Məlum olub ki, o, müxtəlif vaxtlarda şəhər ərazisində avtoxuliqanlıq hərəkətləri törədib.
Məhkəmə qərarı ilə Ə.Rəhimov 1 il müddətinə sürücülük hüququndan məhrum edilib və 30 sutka inzibati qaydada həbs olunub.
Nərmin
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO
Tıxacdan yayınan sürücü birbaşa ən sağ zolağa keçib təhlükə yaratdı - VİDEO
Qadın sürücü motosikletin yolunu kəsib qəza şəraiti yaratdı - VİDEO
Toy kortejində qayda pozan sürücü motosikleti vurdu - VİDEO
Növbəsini gözləyən avtomobillərin qarşısına keçən sürücüdən hörmətsizlik - VİDEO
Avtomobilin qarşısını kəsən sürücü qoşa xətdən dönüb qaydaları pozdu - VİDEO
Avtobus zolağı olmayan yolda sürücüyə cərimə yazıldı - VİDEO
Ramanada sürücü əks yola çıxıb maşının üzərinə sürdü - VİDEO
Bakıda avtobus sürücüsü sağa dönənlərin yolunu kəsdi - VİDEO
"BMW" ilə toy karvanını bir-birinə qatdı - VİDEO












