Həftə sonları avtobus dayanacaqlarında maşın park etmək olar? - RƏSMİ AÇIQLAMA

Azərbaycanda yaranmış sanitar-epidemioloji vəziyyətlə əlaqədar həftə sonları ictimai nəqliyyatın hərəkəti dayandırılıb. Buna görə də paytaxt küçələrində yerləşən avtobus dayanacaqları həmin günlərdə boş qalır. Bəs görəsən sürücülər həftə sonu ictimai nəqliyyatın işləmədiyi bir vaxtda boş qalmış avtobus dayanacaqlarında dayana bilərlərmi?
Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Avtosfer.az-a bildirib ki, həftə sonları ictimai nəqliyyatın işləməməsinə baxmayaraq dayanacaqlarda dayanma-durma yenə də qadağan edilir. "Çünki ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacağında dayanmaq məsələsi qüvvədə olma vaxtı ilə müəyyən olunmadığı üçün digər nəqliyyat vasitələrinin sürücüləri günün və həftənin saatından asılı olmayaraq orada dayanmamalıdırlar."
Mais Ağayev onu da qeyd edib ki, ötən il karantin rejimi başlayan zaman mart ayından iyul ayına kimi Bakı şəhəri ərazisində intesiv hərəkət olmadığına görə, dayanma-durma qaydasını pozan sürücülər barəsində heç bir inzibati məsuliyyət tədbirləri görülmürdü. "Lakin hazırda karantin rejimi yumşaldıldığı üçün yollarda intensiv hərəkət müşahidə olunur. Buna görə də dayanma-durma qaydasını pozan sürücülərə qarşı hər hansı bir güzəşt nəzərdə tutulmayıb."
Təbriz
Qaydalardan bixəbər sürücü yolda “hoqqa” verdi - 99-AR-080 - VİDEO
Motosikletin yolunu kəsən evakuator sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Əks yola çıxıb qarşıdan gələn maşının yoluna girdilər - VİDEO
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO
M4 sağ zolaqdan düz getdi: Qayda pozuntusudur, yoxsa avtobuslara icazə verilir? - VİDEO
Skuterlə yolayrıcına necə gəldi girib qəza təhlükəsi yaratdı - VİDEO
Aeroport yolunda yük avtomobili TƏHLÜKƏ SAÇDI - VİDEO - YENİLƏNİB











