Kafedən çıxan sərxoş sürücü avtoxuliqanlıq etdi

Abşeron rayonunda sərxoş taksi sürücüsü iki nəfəri bıçaqlayıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Ceyranbatan qəsəbəsində baş verib.
Qəsəbə sakini, 1993-cü il təvəllüdlü Röyal Ağayev (soyad şərtidir) qəsəbə ərazisindəki "Türkan" kafesində spirtli içki qəbul edib və taksi kimi istifadə etdiyi avtomobilinə əyləşib. O, kafenin qarşısında maşını qəfil və sürətlə hərəkət etdirərək avtoxuliqanlıq edib. Həmin vaxt kafenin qarşısında dayanan qəsəbə sakinləri - Vüsal və İmamverdi ona etirazlarını bildiriblər. Röyal həmin şəxslərin iradından əsəbiləşərək, onlarla mübahisə edib. Vüsal və İmamverdi ona "içkilisən, get, ayıl gələrsən" deyiblər və onu yola salıblar. Hadisə yerindən uzaqlaşan Röyal bir neçə dəqiqədən sonra özü ilə bərabər 4 nəfər naməlum şəxslə yenidən həmin əraziyə qayıdıb və onları söhbətə çağırıb. Röyalla birlikdə gələn 4 nəfər Vüsal və İmamverdi ilə əlbəyaxa davaya başlayıb. Bu vaxt Röyal özü ilə gətirdiyi bıçaqla Vüsal və İmamverdiyə zərbələr endirib.
Hər iki yaralı xəstəxanaya yerləşdirilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən Röyal saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb və iş Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmənin hökmü ilə V.Ağayev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
“Niva” sürücüsü qoşa xətdən sağa-sola keçib “hoqqa” verdi - VİDEO
Baş yoldakı maşını gözardı edən sürücü az qala qəza törədəcəkdi - VİDEO
Taksi duracağı şəxsi dayanacağa çevrildi – Sürücü yer tapa bilmədi - VİDEO
Yanaşı parklanan maşınlar yolu kəsib hərəkəti çətinləşdirirlər - FOTO
Yüksək sürətlə qırmızıda keçən sürücü piyadanı qorxuya saldı - VİDEO
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO












