Kamil Zeynallının azyaşlı qızı sükan arxasına keçib qaydaları pozdu - VİDEO

Məşhur fitnes məşqçisi Kamil Zeynallı səkkiz yaşlı qızı Sahilə ilə birlikdə xüsusi karantin rejimi günlərini əyləncəli keçirmək üçün respublikanın rayonlarından birinə üz tutub.
Avtosfer.az xəbər verir ki, qızının “avtoşluq sevdası”nı həyata keçirmək üçün məşqçi onunla birgə idman avtomobilinə əyləşib.
Sükanı qızına həvalə edən Kamil övladının yanında əyləşib. Məşhur bloqer həmin anları telefonunun yaddaşına həkk edərək, sosial media hesabında paylaşıb.
“İndi anamın sözlərini yaxşı başa düşürəm. Hər zaman deyir ki, oğlum, yavaş sür. Qızım avtomobili sürəndə o hissləri mən keçirdim. Avtoş qızım Sahilə”.
Qeyd edək ki, 18 yaşına çatmamış və sürücülük vəsiqəsi olmayan şəxslərin nəqliyyat vasitələrini idarə etməsi qanunla qadağandır. Paylaşılan videogörüntülərdə yol hərəkəti qaydaları kobud şəkildə pozulur.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












