Karantin qaydalarını pozan sürücü və sərnişin həbs edilib - FOTO

Koronavirus pandemiyası ilə mübarizədə tətbiq edilən sərt karantin qaydalarına zidd olaraq Bakı şəhərinə avtomobilin yük yerində gəlmək istəyən şəxs və nəqliyyat vasitəsinin sürücüsü polis əməkdaşları tərəfindən müəyyən olunublar.
Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı qaydalara əməl etməyən paytaxt sakini Anar Xəlilov bu gün Masazır qəsəbəsində yerləşən polis postunda saxlanılıb. Sürücü yoxlanılan zaman onun sərt karantin dövründə hərəkət icazəsinin olduğu müəyyən edilib. Amma sürücünün nəqliyyat vasitəsi yoxlanılarkən avtomobilin yük yerində bir nəfərin gizləndiyi məlum olub. Araşdırma zamanı həmin şəxsin Füzuli rayon sakini Tofiq Səfərov olduğu və onun sərt karantin rejimində hərəkət icazəsinin olmadığı müəyyənm edilib. Sürücü və sərnişin saxlanılaraq Abşleron Rayon polis İdarəsinə gətiriliblər.
Hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə nəzərdə tutulan qaydada protokol tərtib olunub. Onlar məhkəmənin qərarı ilə 20 sutka inzibati qaydada həbs ediliblər.
Emin
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO
















