Karantin rejimi qaydalarını pozan 220 nəfər cərimələnib - VİDEO

Mingəçevir şəhərinin küçə, prospekt və parkları boş qalıb. Sakinlərin daha çox toplaşdığı çayxanalar, alış-veriş məkanları bağlıdır. Şəhərin giriş-çıxışlarında qurulan nəzarət postlarında polislər sürücü və sərnişinlərin icazələrinin olub-olmamasına nəzarət edir. Yoxlamalar zamanı həm piyada, həm də sürücülər arasında icazə almadan şəhərə çıxanlar aşkarlanıb. Onlardan bəziləri isə qaydaları pozaraq, sərnişin daşımağa cəhd göstərib.
Mingəçevir sakinlərinin əksəriyyəti karantin rejiminə ciddi əməl etməyin vacib olduğunu deyir. Artıq küçədə, avtomobillərdə maska taxmayanlara, demək olar ki, rast gəlinmir.
Qeyd edək ki, şəhərdə sərt karantin rejimi tətbiq edilən səkkiz gün ərzində 220 qayda pozucusuna İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən cərimələr tətbiq edilib. Bir nəfər inzibati qaydada həbs edilib.
Daha ətraflı Baku TV-nin süjetində:
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












