Maşını 210-la sürən təcili yardım sürücüsü görün nəyi təbliğ edir - VİDEO

Yolda hərəkət sürətini aşıb özünü və digər hərəkət iştirakçılarını təhlükə altında qoyan sürücü qeydə aldığı videonu sosial şəbəkədə paylaşıb. Avtosfer.az xəbər verir ki, 99-DH-091 qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü 210 km/saat sürətlə hərəkət edərək özünü videoya çəkib. Sonra isə bunu sosial şəbəkədə paylaşaraq öz hərəkətləri ilə fəxr edib.
Eyni hərəkətlərlə gündəmə gəlmək istəyən bir çox sürücülərin şahidi olmuşuq. Heç bir faydası olmayan, əksinə gəncləri ölümə səsləyən bu cür hərəkətlərin təbliği düzgün deyil. Hər dəfə qəzaları araşdıran zaman təsdiq olunur ki, sürət insan ömrünü yarıda qoyur. Ona görə də belə hərəkətlərə yol vermək olmaz. Hər kəs intizamlı olmalı, qayda-qanunlara ciddi şəkildə riayət etməlidir.
Qeyd edək ki, həmin sürücünün Təcili Tibbi Yardım xidmətində çalışdığı bildirilir.
Leyla
Piyada keçidini heçə sayıb maşını düz üzərində park etdi - VİDEO
Avtomobili elə yerdə saxladı ki, digər sürücülər çətinlik çəkdi – VİDEO
Yolunu qısaltmaq istəyən sürücü kobud qayda pozdu - VİDEO
Qaydalardan bixəbər sürücü yolda “hoqqa” verdi - 99-AR-080 - VİDEO
Motosikletin yolunu kəsən evakuator sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Əks yola çıxıb qarşıdan gələn maşının yoluna girdilər - VİDEO
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO











