Maşının qabağını qaldırıb "avtoşluq" edən sürücü həbs olundu və 1 il müddətinə... - VİDEO

Bakıda avtoxuliqanlıq edib təhlükə yaradan sürücü həbs edilib. Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a məlumat verilib. Araşdırma zamanı məlum olub ki, sükan arxasında 2001-ci il təvəllüdlü Mustafazadə Mustafa olub. O, paytaxtın Əliyar Əliyev küçəsində əks yola çıxaraq axına qarşı hərəkət etdiyinə görə, daha sonra svetoforun qırmızı işığında hərəkət edərək qarşıdan gələn avtomobillərə təhlükə yaratdığına görə barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə protokol tərtib edilib və toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə Nərimanov rayon Məhkəməsinə göndərilib. Keçirilən məhkəmə zamanı sürücü M.Mustafazadə törətdiyi qayda pozuntularını səmimi şəkildə etiraf edərək özünü təqsirli bilib. Bu səbəbdən onun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla barəsində 15 gün müddətinə inzibati həbs qərarı verilib.
Leyla
Piyada keçidini heçə sayıb maşını düz üzərində park etdi - VİDEO
Avtomobili elə yerdə saxladı ki, digər sürücülər çətinlik çəkdi – VİDEO
Yolunu qısaltmaq istəyən sürücü kobud qayda pozdu - VİDEO
Qaydalardan bixəbər sürücü yolda “hoqqa” verdi - 99-AR-080 - VİDEO
Motosikletin yolunu kəsən evakuator sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Əks yola çıxıb qarşıdan gələn maşının yoluna girdilər - VİDEO
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO











