Milli Məclisdə plyonka, dayanma-durma və avtoxuliqanlıqla bağlı MÜZAKİRƏLƏR

Milli Məclisin iclasında “Yol hərəkəti haqqında” qanuna və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər ikinci oxunuşda müzakirəyə çıxarılıb. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, layihələrin məqsədi yol hərəkəti və təhlükəsizliyi qaydalarının təkmilləşdirilməsidir. Təklif olunur ki, sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və digər sənədlərin daşınması tələbi aradan qaldırılsın. Belə ki, Dövlət Yol Polisi əməkdaşları bu məlumatları bort-kompüterlər vasitəsilə yoxlayacaqlar.
Layihələr barədə məlumat verən deputat Kamal Cəfərov bildirib ki, ikinci əsas istiqamət və ictimaiyyətdə geniş müzakirələrə səbəb olan dayanma və durma qaydalarının pozulması ilə bağlıdır.
Layihədə qeyd edilir ki, sürücü eyni inzibati xətanın gün ərzində törədilməsinə görə inzibati məsuliyyətə cəlb oluna bilməz.
Digər vacib məqam isə kiçik yol-nəqliyyat hadisələri ilə bağlı icraatın sadələşdirilməsi ilə bağlıdır. Belə ki, yalnız kiçik yol-nəqliyyat hadisələrinə görə nəqliyyat axınının hərəkətini məhdudlaşdırmamaq və icraatı sadələşdirmək üçün qanuna dəyişiklik təklif edilir.
“Əgər tərəflər arasında qarşılıqlı razılıq olarsa və həmin yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığa zərər dəymədiyi halda sürücü hadisə yerini tərk etməsinə görə inzibati məsuliyyətə cəlb edilmir”, - deyə K.Cəfərov bildirib.
İnzibati Xətalar Məcəlləsində avtoxuliqanlıq xətasının anlayışı geniş nəzərdə tutulduğu üçün təcrübədə çətinliklərə, o cümlədən hüquq mühafizə orqanları və sürücülər arasında fərqli şərhlərə səbəb olur. Layihədə avtoxuliqanlıq xətasının törədilmə üsulları dəqiq müəyyən edilir.
Deputat qeyd edib ki, layihəyə əsasən sürücü aşağıdakı əməlləri törətdikdə avtoxuliqanlıq etmiş sayılır:
“Aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışı həyata keçirdikdə, mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərini yolun səthindən qaldırmaqla idarə etdikdə, avtomobili qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərini çıxardıqda və ya yolun səthində çoxsaylı təkər izlərini buraxdıqda”.
Sonuncu məsələ isə nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi ilə bağlıdır:
“Bu məsələ ilə bağlı müxtəlif qurumlar fərqli qərarlar qəbul edirdi. Hətta bəzi hallarda hansı şüşəyə hansı dərəcədə plyonkanın çəkilməsi də fərqli şərhlərə səbəb olurdu, çünki bu cür qərarların hüquqi əsası yox idi. İndi isə təklif edilən dəyişiklikdə isə nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin, yəni pərdə, jalüz və plyonkaların çəkilməsi qaydasının Nazirlər Kabineti tərəfindən müəyyən edilməsi təklif olunur”.
Layihələr səsə qoyularaq qəbul edilib.
Yasamalda sürücülərin bitməyən səki “işğalı” - 99-AA-777, 10-RY-309 və 10-EX-110 - VİDEO
Tıxaca səbri çatmayan sürücü velosiped zolağına girdi - VİDEO
Bu qayda pozuntusu tıxac və qəza riskini artırır - Təkcə yol nişanı kifayət etmir
Qırıq xətt görən kimi ötməyə çıxan sürücülər ölümə gedir - VİDEO
Prospektdə sıxlıqdan yayınmaq istəyən sürücü qəza şəraiti yaratdı - VİDEO
Birinci cərgə boş ola-ola ikinci cərgədə dayanıb maneə yaratdı - VİDEO
Taksilərlə bağlı qaydalar: Bu şəxslər 40 minədək cərimələnəcək
Heyvanın səbəb olduğu qəzalarda məsuliyyəti kim daşıyır? – Qanun belə deyir – VİDEO
Bu küçədə hər gün eyni mənzərə təkrarlanır: Qanunsuz taksilər dayanacağı zəbt edir - VİDEO
Sürücülər cərimədən yayınmaq üçün avtomobillərin nömrəsini gizlədirlər - FOTO
Taksi sürücüsündən ŞİKAYƏT: "Minib-düşmə yerini xidməti avtomobillər zəbt edib" - VİDEO










