Mobil telefonlar hər il 300 min insanın həyatına belə son qoyur - ŞOK FAKTLAR

Kanadadakı Kanqari Universitetinin araşdırmasına əsasən, son 15 ildə piyadaların iştirakı ilə yol nəqliyyat hadisələrinin sayı 8 dəfə artıb. Buna səbəb isə piyadaların hərəkət zamanı elektron vasitələrdən istifadə etməsi olub.
Avtosfer.az xəbər verir ki, alimlərin araşdırmalarına görə, əksər piyadalar yolda hərəkətlə olarkən diqqətləri yolda yox, məhz smartfonlarda olur və bu səbəbdən onlar yol-nəqliyyat hadisənin baş verməsinə səbəb olurlar. Məktəblilər arasında bu, daha böyük hal alıb.
Qeyd edək ki, qadınlar kişilərdən fərqli olaraq daha diqqətlidirlər.
Bakı şəhər DYP-nin bölmə rəisi, polkovnik Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, Azərbaycanda da mobil telefonlar, qulaqlıq və digər cihazlar yol qəzalarına səbəb olur: "Sürücülər sükan arxasında mobil telefondan istifadə edərkən diqqət yayınır və qəza baş verir. Piyadalar isə bəzən yolu keçərkən telefonla danışır və ya qulaqlıq taxaraq özünü ətrafdan təcrid edir. Nəticədə yaxınlaşan nəqliyyat vasitəsinin səsini, siqnalını belə eşitmir, fikri yolda olmur və qəza baş verir".
Bütün bunları nəzərə alaraq Vaqif Əsədov sürücüləri və piyadaları yolda hərəkət iştırakçısı olduqda bu cür texniki vasitələrdən istifadə etməməyə və diqqətli olmağa səsləyib: "Təhlillər göstərir ki, qəzaların 70 faizi diqqətin idarəetmədən yayınması nəticəsində baş verir".
Nazim Nadiroğlu
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












