"Niva"-nı satışa çıxarıb yol polisini təhqir edən sürücü HƏBS EDİLDİ - FOTO

Xəbər verdiyimiz kimi Bakıda 90-RX-057 qeydiyyat nişanlı "Niva" markalı avtomobili Turbo.az saytı vasitəsilə satışa çıxaran sürücü yol polisini təhqir edib. Sürücü satışa çıxartdığı avtomobilin elan mətnində yol polisini təhqir etdiyi üçün barəsində qanunamüvafiq qaydada tədbir görülüb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a açıqlamasında bildirib ki, kütləvi informasiya vasitəsində yol polisinin ünvanına nalayiq ifadə işlədən sürücü aşkar edilərək barəsində toplanmış materillar Yasamal rayon Məhkəməsinə göndərilib. Bu gün keçirilən məhkəmə iclası zamanı avtomobilin sahibi 1992-ci il təvəllüdlü Şamaxı rayonunda anadan olmuş Babaşov Sədail Saleh oğlu etdiyi əməli səmimi etiraf edərək peşman olduğunu bildirib. Təqdim edilmiş materiallar əsasında Yasamal rayon Məhkəməsinin qərarı ilə Babaşov Sədail Saleh oğlu 10 gün müddətinə inzibati qaydada həbs edilib.
Qeyd edək ki, Babaşov Sədail Saleh oğlu avtomobil mühərriki üzrə çilingər işləyir. Ailəlidir, iki övladı var.
Təbriz
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO














