Nömrəsiz avtomobil sürən şəxslə bağlı DYP-dən açıqlama: Heç kim elə fikirləşməsin ki...

Heç kim elə fikirləşməsin ki, Qarabağ əlilləri üçün verilən avtomobillərə dövlət nömrə nişanı verilməyib. Təəssüf ki, bəzi sürücülərimiz qanunvericiliyin normalarına riayət etmir. Avtosfer.az xəbər verir ki, bu sözləri oxu.az-a Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Bakı-Sumqayıt yolunda avtomobilin dövlət nömrə nişanı olmadan idarə edilməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib. K.Əliyevin sözlərinə görə, “NAZ Lifan” markalı avtomobillərin əksəriyyəti Qarabağ əlillərinə verilir, lakin təəssüf ki, sürücülər bəzən qanunun tələblərini pozan davranışlara yol verirlər: “Həmin avtomobillərin böyük əksəriyyəti ölkə başçısının tapşırığı ilə Qarabağ müharibəsi əlillərinə, sağlamlığını itirmiş şəxslərə verilir. Hər bir avtomobilə də dövlət nömrə nişanı verilir. Lakin, bəzi sürücülər qanunun tələblərini kobud şəkildə pozurlar. Düşünürəm ki, həmin sürücülər bunu xüsusi texniki vasitələrin köməyi ilə aşkar olunan qayda pozuntularından yayınmaq məqsədilə edirlər.
İstər Dövlət Yol Polisi tərəfindən, istərsə də “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyi tərəfindən bu cür qayda pozuntusuna yol verən sürücülərə dəfələrlə xəbərdarlıq edilib, saxlanılıb və nəqliyyat vasitələrinin dövlət nömrə nişanı olmadan idarə edilməsinə qanunvericiliyin normalarında icazə verilmədiyi bildirilib. Onlar özləri də nəzərə almalıdır ki, qanun hər kəs üçün qanundur.
Hər bir nəqliyyat vasitəsi dövlət qeydiyyatına alınırsa, onların hər birinə dövlət qeydiyyat nişanları təhkim olunur. Sadəcə olaraq bəzi sürücülər inzibati məsuliyyətdən yayınmaq məqsədilə avtomobilin dövlət nömrə nişanlarını çıxarırlar”.
Şöbə rəisi onu da əlavə edib ki, İnzibati Xətalar Məcəlləsinin (İXM) müvafiq maddələrinin tələblərini pozaraq, avtomobilin dövlət nömrə nişanı olmadan idarə edilməsi 4 cərimə balı ilə qiymətləndirilir:
“İXM-nin 342.7-ci maddəsində dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmamasına, saxta və ya mövcud standartlara uyğun olmayan və ya başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə etməsinə görə cərimə məbləği 60 manat, cərimə balı isə 4 bal olaraq təyin olunub”.
Xatırladaq ki, Bakı-Sumqayıt yolunda “NAZ Lifan” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini dövlət nömrə nişanı olmadan idarə edib. Sürücü bu vəziyyətdə də həmin yolda yerləşən “Ekologiya postu”nu keçib.
Qaydalardan bixəbər sürücü yolda “hoqqa” verdi - 99-AR-080 - VİDEO
Motosikletin yolunu kəsən evakuator sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Əks yola çıxıb qarşıdan gələn maşının yoluna girdilər - VİDEO
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO
M4 sağ zolaqdan düz getdi: Qayda pozuntusudur, yoxsa avtobuslara icazə verilir? - VİDEO
Skuterlə yolayrıcına necə gəldi girib qəza təhlükəsi yaratdı - VİDEO
Aeroport yolunda yük avtomobili TƏHLÜKƏ SAÇDI - VİDEO - YENİLƏNİB












