Abşeronda ölümlə üz-üzə olan "avtoş"un ŞOK VİDEOSU- 90-ZH-502

Abşeronda avtoxuliqanlıq edən sürücü cəmiyyətə açıq hörmətsizlik etməklə, digər hərəkət iştirakçılarının – sürücü və piyadaların həyatına real təhlükə yaradıb. Avtosfer.az">Avtosfer.az xəbər verir ki, 90-ZH-502 qeydiyyat nişanlı "Kia Sportage" markalı avtomobilin sürücüsü etdiyi hərəkətlərin çəkilişlərini apararaq sosial şəbəkədəki özünə aid olan səhifədə yerləşdirməklə hüquqazidd əməllərini təbliğ edib.
Sürücü idarə etdiyi avtomobillə Masazır qəsəbəsi Əliağa Vahid küçəsində əks istiqamətdə və sərt döngələrdə axına qarşı hərəkət edərək qəsdən qarşıdan gələn avtomobillərin üzərinə sürüb. Həmçinin müxtəlif vaxtlarda Bakı-Sumqayıt yolunda yüksək sürətlə hərəkət edərək davamlı şəkildə ötmə və manevr qaydalarını kobud şəkildə pozub. O, avtomobillərin arasından şütüyərək həm öz həyatını, həm də digər sürücü və sərnişinlərin həyatını risk altına alıb.
Eyni zamanda Masazır dairəsində digər nəqliyyat vasitəsi ilə yarış keçirməsi və svetoforun qırmızı işığında dayanmaması görüntüdə öz əksini tapıb.
Ümid edirik Dövlət Yol Polisi İdarəsinin rəhbərliyi avtoxuliqanlıq edən həmin şəxs barəsində ciddi tədbirin görülməsi ilə bağlı göstəriş verəcək.
Təbriz
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO













