Özü qəzadan yayınarkən başqasına qəza şəraiti yaratdı – Qanunda necədir? - VİDEO

Abşeron rayonu, Masazır qəsəbəsində qayda pozan sürücü kameraya düşüb. Görüntüləri Avtosfer.az-a göndərən izləyicimiz bildirib ki, Zaur Həsənov küçəsi ilə hərəkətdə olan zaman qarşıdan gələn “Chevrolet” markalı, 77-CT-619 dövlət nömrə nişanlı avtomobilin sürücüsü ona qəza şəraiti yaradıb. Belə ki, qarşıda manea görən “Chevrolet” sürücü sükanı sola çəkərək qarşıdan gələn digər nəqliyyat vasitəsinin yoluna çıxmaqla təhlükəli manevr edib.
Qeyd edək ki, bir çox sürücülər bu cür davranış nümayiş etdirirlər. Onlar özləri qəzadan yayınarkən və ya vaxt itirməmək üçün elə manevrlər edirlər ki, bununla başqalarına qəza şəraiti yaradıb onların vaxtını alırlar. Qanunvericilikdə isə bu məsələnin izahı çox sadədir. Qarşılıqlı hərəkət zamanı maneə hansı sürücünün qarşısındadırsa o da yol verməlidir. Maneə dedikdə avtomobil də ola bilər, digər hər hansı əşya da. Yalnız enişli-yoxuşlu yollarda yol nişanı olduqda o zaman yoxuşu qalxan sürücüyə yol verilməlidir. Nişan yoxdursa enişdə və yoxuşda da maneə kimin qarşısındadırsa o yol verməlidir.
Elməddin
Qaydalardan bixəbər sürücü yolda “hoqqa” verdi - 99-AR-080 - VİDEO
Motosikletin yolunu kəsən evakuator sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Əks yola çıxıb qarşıdan gələn maşının yoluna girdilər - VİDEO
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO
M4 sağ zolaqdan düz getdi: Qayda pozuntusudur, yoxsa avtobuslara icazə verilir? - VİDEO
Skuterlə yolayrıcına necə gəldi girib qəza təhlükəsi yaratdı - VİDEO
Aeroport yolunda yük avtomobili TƏHLÜKƏ SAÇDI - VİDEO - YENİLƏNİB












