Qaradağda dairəyə "protiv" girən sürücülər SAXLANILDI - İzahatda görün nə yazıblar - VİDEO

Paytaxtın Qaradağ rayonu ərazisində sürücülərin təhlükəli vəziyyət yaratması ilə bağlı bir neçə gün öncə videogörüntü dərc etmişdik. Avtosfer.az xəbər verir ki, Lökbatan qəsəbəsi, "Qobu Park-3" yaşayış kompleksinin girişindəki dairədə 99-OT-265 qeydiyyat nişanlı "Ravon" markalı və 10-HU-172 qeydiyyat nişanlı "Renault" markalı avtomobilin sürücüləri kobud qayda pozuntusu törədiblər. Onlar dairəyə daxil olmadan əks istiqamətdə hərəkət edərək digər sürücülərə təhlükəli anlar yaşadıblar.
Yayılmış görüntüdən sonra hər iki sürücü saxlanılıb. Bu barədə Avtosfer.az-a Qaradağ rayon Dövlət Yol Polisi Şöbəsindən məlumat verilib. Bildirilir ki, hər iki sürücü saxlanılaraq Dövlət Yol Polisi Şöbəsinə dəvət olunaraq izahatları alınıb. Sürücülərdən biri izahatında həmin vaxt dayısının dünyasını dəyişdiyini, digər sürücü isə anasının səhhətində problem yarandığından fikirli olduğu üçün qayda pozduğunu bildirib. Hər iki sürücü səhv hərəkətə yol verdiyini etiraf edib və gələcəkdə belə hallara yol verməyəcəklərini bildiriblər.
Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 3 bal 100 manat məbləğində cərimə tətbiq edilib.
Fərid
Bu yolda geriyə dönməyə çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO
Bütöv xəttin tələbini pozan sürücülər avtomobillərin hərəkətinə mane oldular - VİDEO
Sürücü keçiddəki piyadaya əhəmiyyət vermədən gəldiyi kimi getdi - VİDEO
Başqasının yolunu kəsdi; ötməyə çalışanda isə sürətlə önünə keçdi - 77-XV-003 - VİDEO
Zolağa sığmayan qadın sürücü iki dəfə qəza şəraiti yaratdı - VİDEO
Maşının qabağına keçən kuryer az qala qəzaya səbəb olacaqdı - VİDEO
Xırdalanda sürücü avtobus zolağı ilə kefinə uyğun hərəkət etdi - VİDEO
Düzünə hərəkət olan zolaqdan geriyə dönən sürücü hərəkətə mane oldu - VİDEO












