Maşının qabağına keçən kuryer az qala qəzaya səbəb olacaqdı - VİDEO

Paytaxtın Hüseyn Seyidzadə küçəsində, “Memar Əcəmi” metrostansiyasının yaxınlığında qayda pozan sürücü kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə noyabrın 3-də saat 23:09 radələrində qeydə alınıb.
Kadrlardan görünür ki, “Wolt” çatdırılma şirkətinin kuryeri ara küçəyə dönmək məqsədilə hərəkətdə olduğu zolaqdan qəfil sola manevr edərək digər zolaqda hərəkət edən avtomobilin qarşısında dayanır. Nəticədə o, görüntünü qeydə alan avtomobilin sürücüsü üçün qəza şəraiti yaradır.
Xoşbəxtlikdən, sürücü vaxtında reaksiya verərək toqquşmanın qarşısını alır.
Qeyd edək ki, qanunvericiliyin tələblərinə əsasən, sürücü hər hansı manevr etməzdən əvvəl onun təhlükəsiz olmasına əmin olmalı, digər hərəkət iştirakçılarına maneə və ya təhlükə yaratmamalıdır.
Nərmin
Xırdalanda sürücü avtobus zolağı ilə kefinə uyğun hərəkət etdi - VİDEO
Düzünə hərəkət olan zolaqdan geriyə dönən sürücü hərəkətə mane oldu - VİDEO
Hər ikisi qaydanı pozub qəzaya səbəb oldu - ANBAAN VİDEO
Diplomatik toxunulmazlıq qayda pozmağa əsas verirmi? - FOTO
Döngədə təhlükəli ötmə edib sürücüyə qorxulu anlar yaşatdı - VİDEO
Əks yola çıxan “Range Rover” sürücüsü ardınca təhlükəli manevr etdi - VİDEO
Qırmızıda şütüyərək keçən sürücü təhlükə yaratdı – 77-SB-906 - VİDEO
Sürücü çəkdiyi siqaretin kötüyünü yola atdı - 99-CS-191 - VİDEO
Bakının mərkəzində "avtoşluq" edən sürücünün görüntüləri yayıldı - VİDEO
Qaydanı pozan xanım sürücü keçidə daxil olan piyadaya yol vermədi - VİDEO
Prospektdə maşınlarını səkidə satışa çıxaran obyekt piyadalara mane olur - VİDEO












