Qayda pozan sürücülərlə bağlı araşdırma başlayıb - RƏSMİ

Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində sürücülərin yol hərəkəti qaydalarını pozması ilə bağlı araşdırma başlanılıb. Avtosfer.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Mehdiabad qəsəbəsində “avtoşluq” etmiş sürücülərin təhlükəli vəziyyət yaratması ilə bağlı yayılan görüntülərə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, BDYPİ əməkdaşları tərəfindən yayılan videogörüntülərdəki avtomobillərdən birinin sürücüsü artıq müəyyənləşdirilib: “Görüntülərdə əks olunan 99 LL 058 dövlət nömrə nişanlı avtomobilin sürücüsü müəyyən olunub. Videoda eşidilən səsin hansı avtomobilə aid olması isə hələ dəqiqləşdirilməyib. Bunun üçün digər avtomobilin sürücüsünün müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam edir”.
Xatırladaq ki, videogörüntülərdə sürücüsü hələlik müəyyən olunmayan avtomobilin “Yol hərəkəti haqqında“ Azərbaycan Respublikasının Qanununun 1.1 üfüqi nişanlanma xəttinin tələblərini pozduğu və sükan arxasında mobil telefondan istifadə edərək çəkiliş apardığı görünür.
Gültən Qədirli
Qaydalardan bixəbər sürücü yolda “hoqqa” verdi - 99-AR-080 - VİDEO
Motosikletin yolunu kəsən evakuator sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Əks yola çıxıb qarşıdan gələn maşının yoluna girdilər - VİDEO
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO
M4 sağ zolaqdan düz getdi: Qayda pozuntusudur, yoxsa avtobuslara icazə verilir? - VİDEO
Skuterlə yolayrıcına necə gəldi girib qəza təhlükəsi yaratdı - VİDEO
Aeroport yolunda yük avtomobili TƏHLÜKƏ SAÇDI - VİDEO - YENİLƏNİB












