Qaydaları kobud şəkildə pozan 15 yaşlı gənc 4900 manat cərimələndi - VİDEO

Sürücülük hüququ olmadan motosiklet idarə edib qaydaları pozan gənc külli miqdarda cərimələnib. Avtosfer.az xəbər verir ki, hadisə Türkiyənin Nevşehir bölgəsində baş verib.
Məlumata görə, 80-ci il Bulvarında xidmət aparan yol polisi əməkdaşları nömrə nişanı olmayan motosikletin 15 yaşlı sürücüsü İbrahim P.-yə “Saxla” işarəsi veriblər.
Piyadanı vurub meyitini 1 kilometr sürükləyən sürücü həbs edilmədi - ANBAAN VİDEO
Əmrə tabe olmayan motosikletçi yan küçəyə keçərək yayınmağa başlayıb və təqib olunduğunu gördükdə daha da sürətlənərək nəqliyyat axınına qarşı hərəkət edərək işıqforun qırmızı işığından bir neçə dəfə keçib. Həm özünü və sərnişini, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atan gənc yaxalandığını görüncə motosikletini ataraq sərnişin həmyaşıdı ilə bu dəfə piyada qaçmağa davam edib. Lakin, polis əməkdaşları onları əhatəya alaraq yaxalayıb və yetkinlik yaşına çatmayanlar şöbəsinə təhvil veriblər.
Dindirmə zamanı gənc motosikletçinin sürücülük vəsiqəsinin olmadığı və qaçmasının səbəbinin də bu olduğu müəyyən edilib. Yeniyetmə müxtəlif qanun pozuntularına görə 4900 manat məbləğində cərimə olunub. Motosiklet müsadirə edilib.
Namiq Musayev
Maşını yolun ortasında park edən sürücü hərəkəti çətinləşdirdi - VİDEO
Mərdəkanda öz qaydalarını işə salan sürücü iki dəfə qəza təhlükəsi yaratdı - VİDEO
Nişanı saymayan sürücü motosikletin yolunu kəsib təhlükə yaratdı - VİDEO
Motosikletçi qəza şəraiti yaradan “Prius” sürücüsünə görün nə dedi - VİDEO
Zolağını dəyişməyə çalışan sürücü qarşıdakı maşına çırpıldı - VİDEO
Sürücülər tərsinə quraşdırılmış nişana görə məsuliyyətə cəlb edilir - FOTO
Qoşa xətti heçə sayıb iradı cavabsız qoymayan sürücü CƏZALANDIRILDI - VİDEO
Avtobusun arxasından qəfil çıxan sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sürücü maşını ilə iki parklanma yerini tutdu – 10-YF-727 - FOTO
“Prius” sürücüsü əvvəl motosikleti sıxışdırdı, ardınca maşınları təhlükəyə atdı - VİDEO
Bu küçədə geniş səki sürücülərin daimi “dayanacağına” çevrilib - VİDEO











