Qobustan ərazisində qarşı zolağa çıxan sürücülər TƏHLÜKƏ YARADIRLAR - VİDEO

Bakı-Ələt-Qazax magistralının Qobustan qəsəbəsi (Qaradağ rayonu) ərazisindən keçən hissəsində sürücülərin yol hərəkəti qaydalarını kobud şəkildə pozmaları digər hərəkət iştirakçılarının narazılığına səbəb olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı videogörüntülər sosial şəbəkələrdə yayılıb.
Qeyd olunub ki, ikitərəfli yolda bəzi nəqliyyat vasitələri qarşı hərəkət zolağına çıxaraq təhlükəli vəziyyət yaradırlar. Nəticədə həm nəqliyyatın hərəkəti məhdudlaşır, həm də yol-nəqliyyat hadisələrinin başvermə riski artır.
Sürücülər bildiriblər ki, bu cür qayda pozuntuları yol hərəkətinin təhlükəsizliyinə ciddi təhdid yaradır və aidiyyəti qurumlar tərəfindən nəzarətin gücləndirilməsinə ehtiyac var.
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) bölmə rəisi Elvin Hacıyev bildirib ki, sözügedən ünvanda hərəkətin təhlükəsizliyinin və intensivliyinin təmin olunması məqsədilə əraziyə əlavə yol polisi naryadları cəlb edilib.
"Yaranmış nəqliyyat sıxlığının aradan qaldırılması üçün zəruri tədbirlər görülüb. Bildiririk ki, bu cür davranışlar yol hərəkəti qaydalarının kobud şəkildə pozulması ilə yanaşı, yolun ötürücülük qabiliyyətinin azalmasına, və nəqliyyat sıxlığının artmasına səbəb olur. Əks istiqamətdə hərəkət edən nəqliyyat vasitələri qarşıdan gələn sürücüləri qəfil dayanmağa və ya təhlükəli manevrlər etməyə məcbur edirlər ki, bu da yol-nəqliyyat hadisələrinin başvermə riskini artırır", - deyə E.Hacıyev bildirib.
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO
Bütöv xəttin tələbini pozan sürücülər avtomobillərin hərəkətinə mane oldular - VİDEO
Sürücü keçiddəki piyadaya əhəmiyyət vermədən gəldiyi kimi getdi - VİDEO
Başqasının yolunu kəsdi; ötməyə çalışanda isə sürətlə önünə keçdi - 77-XV-003 - VİDEO
Zolağa sığmayan qadın sürücü iki dəfə qəza şəraiti yaratdı - VİDEO
Maşının qabağına keçən kuryer az qala qəzaya səbəb olacaqdı - VİDEO












