Rayona sağ-salamat getmək üçün bunlara əməl etməlisiniz - QAYDALAR

Hər il dekabr ayının son günləri insanlar bayramı qeyd etmək üçün rayonlara üz tuturlar. Əksər insanlar öz şəxsi avtomobili ilə yola düşür. Bu səbəbdən magistral yolda avtomobillərin sayı çox olur. Sürücülər rayona tez çatmaq üçün qaydaları pozurlar və nəticədə yolda təhlükəli anlar, qəzalar baş verir.
Mənzil başına sağ-salamat və rahat çatmaq üçün sürücülər nə etməlidir?
Tələskənlik nümayiş etdirən sürücülər əsasən hərəkət sürətini aşır, ötmə və manevr qaydalarını pozurlar. Bunu etməklə düşünürlər ki, mənzil başına tez çatırlar. Lakin nəticə etibarilə 10-15 dəqiqə vaxt qazanmış olurlar. Əslində isə 10-15 dəqiqə elə də böyük vaxt sayılmır. Ona görə də sürücülərə tövsiyə edirik ki, gedəcəkləri ünvana sağ-salamat çatmaları üçün qaydalara riayət etsinlər.
Qış aylarında ölkə ərazisində, xüsusən də Bakı-Qazax yolunun Hacıqabul, Kürdəmir rayonlarından keçən hissəsində, o cümlədən Ağsu, İsmayıllı, Şamaxı yolunda dumanlı hava şəraiti olur. Hətta şimal istiqamətinə gedən yollar qarlı-buzlu olur. Sürücülər dumanlı hava şəraitinə düşən zaman maksimum sürəti azaltmalı, duman işıqlarından istifadə edərək həm özlərini, həm də digər hərəkət iştirakçılarının rahat hərəkətini təmin etməlidir. Buz bağlanacağı ehtimal olunan yollarda isə qış şəraitinə hazır olmayan avtomobillərlə yola çıxmamağı məsləhət görürük.
Çox təəssüf hissi ilə bildirmək istəyirik ki, sürücülər verilən tövsiyələri və məsləhətləri qulaq ardına vururlar və yolda ehtiyatsızlıq edərək bayramı yasa çevirirlər. Onların yolunu gözləyən əzizlərinin gözlərini yaşlı qoyurlar
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












