Sol zolağı zəbt edən sürücü maşınları ötməyə qoymadı - VİDEO

Bakıda qaydaları pozan yük avtomobilinin sürücüsü digər sürücüləri qəzəbləndirib. Oxuculardan biri hadisə yerindən qeydə aldığı videonu redaksiyamızın elektron ünvanına göndərib. Avtosfer.az xəbər verir ki, hadisə noyabrın 14-də, paytaxtın Ziya Bünyadov prospektində baş verib. Belə ki, kabin nömrəsi 77-DR-319, qoşqu nömrəsi isə 99-ZD-884 olan "MAN" markalı yük avtomobilinin sürücüsü yolboyu sol zolaqla hərəkət edərək arxadan gələn avtomobillərin qarşısını kəsib. Sürücülər onu ötmək üçün sağ zolaqla hərəkət etməyə məcbur olublar.
"Yol hərəkəti haqqında" qanunun 49-cu maddəsində qeyd olunub ki, eyni istiqamətdə üç və daha çox hərəkət zolağı olan yolda tam kütləsi 3,5 tondan çox olan nəqliyyat vasitələri həmin istiqamətdə sol kənar hərəkət zolağını tutmamalıdır. Bu qaydanın pozulmasına görə qanunda 40 manat cərimə nəzərdə tutulub.
Könül
Piyada keçidini heçə sayıb maşını düz üzərində park etdi - VİDEO
Avtomobili elə yerdə saxladı ki, digər sürücülər çətinlik çəkdi – VİDEO
Yolunu qısaltmaq istəyən sürücü kobud qayda pozdu - VİDEO
Qaydalardan bixəbər sürücü yolda “hoqqa” verdi - 99-AR-080 - VİDEO
Motosikletin yolunu kəsən evakuator sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Əks yola çıxıb qarşıdan gələn maşının yoluna girdilər - VİDEO
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO












