Şou əhlinin əksəriyyəti sükan arxasında videolar çəkib qayda pozurlar - VİDEO - FOTO

Artıq sürücülərə tanınmışların dili ilə yol hərəkəti qaydalarına aid mesajlar verməyə başlayan Avtosfer.az bu dəfə də tanınmış aparıcı Afaq Gəncəlini qonaq etdi.
Aparıcılıq fəaliyyətinə elə avtomobil verlişi ilə başlayan Afaq bu sahədə xeyli təcrübəlidir. “Sürücünün sükan arxasında iki yox, dörd gözü olmalıdır”, - deyə Afaq Gəncəli vurğulayıb. O da Bakı şəhər Dövlət Yol Polisi İdarəsi ilə Avtosfer.az-ın birgə əməkdaşlığını alqışlayaraq, “Qaydalar hamı üçündür” fikri ilə tam razıdır.
Tanınmışlar digər sürücülərə nümunə olmalıdır. Kifayət qədər məhşur olan Afaq Gəncəli elə məhz bu səbəbdən yol hərəkəti qaydalarına tam şəkildə əməl etməyə çalışır: “Maşını işə salan kimi təhlükəsizlik kəmərimi bağlayıram”.
Bir xanım sürücü olaraq Afaq xanım da yollarda az çətinlik çəkməyib. O, işıqforda yaşıl işıq yanar-yanmaz siqnal verənlərin əlindən təngə gəlib.
Bakıda parklanma yerlərinin günü-gündən məhdudlaşdılırması məhşur aparıcıya da çətinliklər yaşadır: “Elə olur ki, yanlış yerdə etdiyim parklanmalara görə bir ayımın maaşını cərimələrə verməli oluram”.
Avtosfer.az-a verdiyi müsahibəsində Afaq xanım bir daha sürücüləri qaydalara əməl etməyə, avtomobil idarə edərkən yalnız özünü deyil, digərlərinin də həyatını təhlükəyə atmamağa səslədi: “Xanım və ya kişi sürücü olsun, fərqi yoxdur, gəlin, qaydalara əməl edək, bizi evdə gözləyən əzizlərimizi üzməyək”.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO


















