Sumqayıtda işıqforu saymayan avtobus sürücüsü sərnişinləri təhlükəyə atdı - VİDEO

Sumqayıt şəhəri, Nəriman Nərimanov küçəsində yol hərəkəti qaydalarını pozan sürücü kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl səhər saatlarında qeydə alınıb. Görüntülərdə 7A nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 50-AF-379 dövlət qeydiyyat nişanlı “Yutong” markalı avtobusun sürücüsünün işıqforun qırmızı siqnalına məhəl qoymadan yolayrıcına daxil olduğu açıq şəkildə əks olunub.
Şikayətçinin sözlərinə görə, sürücü daha əvvəl də eyni qaydanı pozub və bu zaman onu çaşdıraraq az qala xəta törətməsinə səbəb olub.
Qeyd edək ki, ictimai nəqliyyat vasitələrini idarə edən sürücülər üçün belə qayda pozuntuları daha ciddi risk yaradır. Çünki sərnişin daşıyan nəqliyyat vasitəsinin qəfil və nəzarətsiz hərəkəti həm piyadaların, həm də digər sürücülərin həyatını təhlükə altına qoyur. Xüsusilə yolayrıclarında qırmızı işıq siqnalının pozulması yüksək sürətlə toqquşma ehtimalını artırır və nəticələri ağır ola bilər.
Nərmin
Qırmızıda yolayrıcına girən mopedçi qəzadan güclə yayındı - VİDEO
Yolun ortasında sərnişin düşürən sürücü qəza şəraiti yaratdı - VİDEO
Yolayrıcına çatan kimi qaydaları unutdular - 77-RZ-198 və 01-CA-308 - VİDEO
Narkoman avtobus sürücüsü HƏBS EDİLDİ - VİDEO - YENİLƏNİB
Bu küçədə hamı "protiv" sürür - VİDEO
Hava limanı yolunda təhlükəli manevr edib sürücüyə qorxu dolu anlar yaşatdı - VİDEO
Bakıda sürücü piyadanı vurmaqdan son anda qurtuldu - ANBAAN VİDEO
İrada məhəl qoymayıb maşını əyri park edən sürücü hamıya mane oldu - FOTO
Dəmir yollarına vurulan zərər dövlətə vurulan zərərdir – ÇİNGİZ QƏNİZADƏ - VİDEO
Qırmızı işıqda gəldiyi kimi yolayrıcına girdi – 77-SF-681 - VİDEO
Yasamalda sürücülər enli səkini zəbt etdi – Piyadalar güclə keçdi - VİDEO












