Sürücü iki kəmər taxdı; DYP cərimələdi - qanun nə deyir? - FOTO

Bakıda təhlükəsizlik kəmərindən istifadə edən sürücü kamera vasitəsilə cərimələnib. Bu barədə sürücü “Facebook” hesabında paylaşım edib. Avtosfer.az xəbər verir ki, Rauf Niftəliyev adlı sürücü idarə etdiyi “VAZ” markalı avtomobillə paytaxt küçələrinin birində hərəkətdə olarkən xüsusi texniki vasitənin köməkliyiylə barəsində protokol tərtib olunub. Avtomobilin təhlükəsizlik kəməri 4 nöqtəli olduğu və fərqli göründüyü üçün kamera sürücünü kəmərdən istifadə etmədiyi kimi qeydə alıb. Sürücü ona yazılan cərimənin qanunsuz olduğunu və bu barədə rəsmi şikayət etdiyini bildirib.
Sonradan quraşdırılan 4 nöqtəli kəmərə görə sürücü cərimələnə bilərmi?
Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən hüquqşünas Ərşad Hüseynov bildirib ki, bizim milli qanunvericiliyimizdə təhlükəsizlik kəmərinin hansı formada olması ilə bağlı heç bir tələb yoxdur. “Yol hərəkəti haqqında” qanuna görə sürücü və sərnişin barəsində belə bir tələb var ki, onlar konstruksiyada nəzərdə tutulmuş təhlükəsizlik kəmərini bağlamalıdırlar. Əgər kimsə sürücünün sonradan quraşdırdığı 4 nöqtəli kəmərin düzgün olmadığını, tələblərə cavab vermədiyini iddia edirsə, bunu yalnız ekspertiza yolu ilə müəyyən etməlidir.
Təbriz
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












