Əksər sürücülər bu qaydanı bilmir - Diqqətli olun! - VİDEO

Yolda hərəkət edən sürücülərin əksəriyyəti sürətlənmə və tormozlama zolağından istifadə qaydalarını bilmirlər. Bu zolaqların mahiyyəti ondan ibarətdir ki, yola daxil olan və ya yoldan çıxan nəqliyyat vasitələrinin sürücüləri hərəkət olan zolaqlardakı avtomobillərə təhlükə yaratmasın.
“Yol hərəkəti haqqında” qanunda qeyd olunub ki, tormozlama zolağı olduqda, hərəkət istiqamətini dəyişmək istəyən sürücü vaxtında həmin zolağa keçməli və yalnız burada sürəti azaltmalıdır. Yola giriş yerində sürətləndirmə zolağı olduqda, sürücü həmin zolaqla getməli və bu yolla gedən nəqliyyat vasitələrinə yol verərək qonşu zolağa keçməlidir.
Bu zolaqlarda sürücülərin necə hərəkət etməli olduqları qanunda aydın şəkildə yazılıb. Yəni, sürücü yoldan çıxmaq istəyərkən tormozlama zolağının başlanğıcında həmin zolağa daxil olub sürətini azaltmalı və bundan sonra yolu tərk etməli və yaxud yola daxil olan zaman sürətləndirmə zolağında sürətini artırdıqdan sonra digər zolağa yerdəyişmə etməlidir.
Avtosfer.az-ın təqdim etdiyi videoda göründüyü kimi Bakı dairəvi yolunda hərəkət edən 99-MA-427 qeydiyyat nişanlı “Ford” markalı avtomobilin sürücüsü sol zolaqdan qəfil sağa yerdəyişmə edərək tormozlama zolağının qurtaracağında yolu tərk etmək istəyir. Bu zaman tormozlama zolağında hərəkət edən avtomobilə təhlükə yaradır.
Təbriz
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












