Sürücülərin cərimə bal limiti niyə artırılmır? - Nəqliyyat eksperti SƏBƏBLƏRİ AÇIQLADI

Azərbaycanda sürücülər üçün tətbiq olunan cərimə balı limitinin artırılması məsələsi yenidən müzakirə mövzusuna çevrilib. Son günlərində bu istiqamətdə səsləndirilən təkliflər ictimaiyyətdə müxtəlif fikirlərə səbəb olub. Bir tərəf hesab edir ki, mövcud sistem sürücülər üçün həddindən artıq sərtdir, digər tərəf isə bal limitinin artırılmasının yol hərəkəti təhlükəsizliyinə mənfi təsir göstərə biləcəyini düşünür.
Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov Avtosfer.az-a açıqlamasında bildirib ki, silinməsi və ya cərimə balının artırılması bəzi sürücülər üçün əlverişli ola bilərdi.

“Xüsusən də bu sahədə peşəkar çalışan insanlar – taksi və avtobus sürücüləri və digər nəqliyyat sektorunda çalışan sürücülər üçün bu, daha münasib hesab oluna bilər. Məsələ ondadır ki, cərimə balı sistemi aradan qaldırılsa və ya limit artırılsa, biz yollarda qayda pozuntularının azalmasına nail ola biləcəyikmi? Qəzaların sayının azalmasına təsir edəcəkmi? Bu sual düşündürücüdür? Mən düşünürəm ki, yox. Ona görə də, burada məsələyə çox diqqətlə yanaşmaq lazımdır. Məsələn, belə bir praktika müxtəlif ölkələrdə mövcuddur. Elə ölkələr var ki, orada ümumiyyətlə cərimə balı sistemi tətbiq edilmir, yalnız cərimə məbləği müəyyən olunur. Amma belə bir qayda da var: cərimə balı yazılmasa belə, sürücü eyni qayda pozuntusunu il ərzində iki və ya üç dəfə təkrarlayarsa, onda onun sürücülük vəsiqəsi və ya sürücülük hüququ müvəqqəti olaraq məhdudlaşdırılır. Ona görə də burada çox diqqətlə düşünmək lazımdır ki, artırmaların hansısa fəsadları ola bilərmi, yoxsa olmayacaqmı. Daha sonra isə bu istiqamətdə müəyyən addımlar atmaq olar. Sadəcə elə qayda pozuntuları var ki, məsələn, qırmızı işıqdan keçmək, sürət həddini aşmaq, içkili vəziyyətdə sükan arxasına oturmaq kimi ciddi hallarda cərimə balının tətbiqi vacibdir. Amma dayanma və durma qaydalarının pozulmasına görə cərimə balının yazılmaması daha uyğun ola bilər. Əgər cərimə ballarını tamamilə ləğv etsək, imkanı olan şəxslər tez-tez qayda pozacaqlar. Çünki artıq çəkindirici mexanizm mövcud olmayacaq. Sadəcə cəriməni ödəyib dəfələrlə qaydaları pozmağa davam edəcəklər. Bu səbəbdən cərimə balı çəkindirici bir mexanizm olmaqla yanaşı, həm də ədalət prinsipidir”.
Fatimə Dadaşova
Sağdakı avtomobili görməzlikdən gəlib yoluna davam etdi - VİDEO
Yasamalda taksi dayanacağı ilə bağlı narazılıq: “Yer tapmaq mümkün deyil” - VİDEO
Prospektdə qəza riski yaradan sürücü irada təhqirlə cavab verdi - 90-AK-900 - VİDEO
Şüvəlanda “şou” göstərən sürücü – Əks yolda təhlükəli anlar yaşatdı - VİDEO
Diqqətsizlik edən sürücü keçidi keçən piyadaya yol vermədi - VİDEO
Yeraltı keçid var, amma keçən yoxdur - Təhlükəli anlar yaşanır - VİDEO
Qaydalara əməl etməyən piyadalar qəza riski yaratdı - VİDEO
Qırmızı işığı vecinə almayan "Bentley" sürücüsü gəldiyi kimi sürüb getdi - VİDEO
Bakıda sürücü səhlənkarlığı: Azyaşlı avtomobilin pəncərəsindən başını çıxardı - VİDEO
Binanın girişini zəbt edən sürücü sakinləri çətin vəziyyətə saldı - FOTO
Üçüncü zolaqdan birbaşa ən sağa manevr edən sürücülər qəza riski yaratdı - VİDEO








