Taksi nişanından istifadə olunmalıdır? - NƏQLİYYAT EKSPERTİ DANIŞDI

“Taksi nişanlarının qoyulub və ya qoyulmaması elə bir ciddi problem yaratmasa da, bəzi hallarda xüsusilə də, xanımlar bu vəziyyətdən narazı qalırlar”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirib.

Onun sözlərinə görə, xanımların fikrinə əsasən, avtomobildə taksi nişanı olmadığı zaman bu hal həmin ərazinin sakinlərinin diqqətinə səbəb olur: “Sürücülərin çoxu məsuliyyətsizlik edərək, fərqlənmə nişanından istifadə etməyib vergi ödəməkdən boyun qaçırırlar. Bəziləri isə özünə yaraşdırmır, utanır və buna görə də taksi nişanından istifadə etmir. Bunun üçün bizim qanunvericilikdə bütün həll yolları öz əksini tapıb. Qaydalara görə, taksi avtomobillərinin üzərində şahmat işarəsi mütləq olmalı və xidmət növü olaraq fərqlənmə nişanı qoyulmalıdır. Təəssüflər olsun ki, bizdə avtomobillərin üzərinə şirkətlərin adı yazılır. Bunların çoxu reklam xarakteri daşısa da, mən bu halla razılaşmıram. Ona görə ki, taksi nişanlarından mütləq istifadə olunmalıdır”.
Maşını bir neçə dəfə sıxışdırıb qəza şəraiti yaratdı - 77-XT-271 - VİDEO
Motosikletin işıq cihazına müdaxilə edən sürücü "göz çıxartdı" - VİDEO
STOP nişanında bu səhvi edən sürücülər cərimələnə bilər – VİDEO
Arxaya baxmadan yola çıxan sürücü təhlükəli vəziyyət yaratdı - VİDEO
Svetofora baxmayan sürücü qırmızı işıqda keçdi - VİDEO
Təcili yardım maşınlarının sürücüləri təlimlərə cəlb edilməlidir – ELMƏDDİN MURADLI
Baş yoldakı maşını gözləməyən avtobus sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Kəmər taxmağı özünə ayıb bilən müğənni telefon əlində maşın sürdü - VİDEO
Dəfələrlə gözüyumulu ötmə edən sürücü piyadaya da təhlükə yaratdı - VİDEO
Abşeronda yol polisi reyd keçirdi; sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Xaçmazda toy karvanında "avtoş"luq edən sürücü həbs edildi - FOTO












