Təcili yardım üçün açılan yoldan “Prius”lar baxın necə istifadə etdi - VİDEO

Paytaxtın Babək prospektində kobud qayda pozan sürücülər kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl günorta saatlarında qeydə alınıb. Videodan göründüyü kimi, 77-LF-479 dövlət nömrə nişanlı “Toyota Prius” markalı və 10-DY-456 dövlət nömrə nişanlı “Toyota Prius” markalı avtomobillərin sürücüləri yolda yaranmış boşluqdan istifadə ediblər. Belə ki, onlar öndə gedən təcili yardım maşınına qoşularaq hərəkət ediblər.
İnzibati Xətalar Məcəlləsinin 331-ci maddəsinə görə, xüsusi səs, qırmızı və ya göy sayrışan işıq siqnalı verən, keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə və ya belə nəqliyyat vasitəsinin müşayiət etdiyi mütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq hərəkət edilməsinə görə sürücü yüz manat məbləğində cərimə edilir.
Qayda pozan hər iki sürücü təcili yardım maşınına qoşularaq onu müşayiət etdiyi üçün birbaşa məsuliyyət yaradıb və bu halda 3 bal 100 manat məbləğində cərimə yazıla bilər.
Nərmin
Piyada keçidini heçə sayıb maşını düz üzərində park etdi - VİDEO
Avtomobili elə yerdə saxladı ki, digər sürücülər çətinlik çəkdi – VİDEO
Yolunu qısaltmaq istəyən sürücü kobud qayda pozdu - VİDEO
Qaydalardan bixəbər sürücü yolda “hoqqa” verdi - 99-AR-080 - VİDEO
Motosikletin yolunu kəsən evakuator sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Əks yola çıxıb qarşıdan gələn maşının yoluna girdilər - VİDEO
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO












