Təhlükəli manevrlər edən sürücü qəza şəraiti yaratdı - VİDEO

Statistikaya nəzər saldıqda sürücülərin daha çox manevr qaydalarının pozduğunu görmək olar. Bu qayda pozuntusunun cərimə məbləği az olsa da, ən təhlükəli və qəzalara səbəb olan qayda pozuntularından biri hesab olunur.
Paytaxtın Heydər Əliyev prospektində manevr qaydalarını kobud şəkildə pozan sürücünün videogörüntüsünü oxuculardan biri redaksiyamızın elektron ünvanına göndərib. Avtosfer.az xəbər verir ki, 90-ON-795 qeydiyyat nişanlı “Volkswagen” markalı avtomobilin sürücüsü fevralın 1-i sözügedən yolda hərəkət edən zaman öncə sağ zolağa, daha sonra sol zolağa manevr edərək qəza vəziyyəti yaradıb. Sürücünün lüzumsuz yerə manevr etməsinin əsas səbəbi digər zolaqda boş yerin olmasıdır. Getdiyi ünvana “tez çatacaq” prinsipi ilə hərəkət edən bu cür sürücülərə tez-tez rast gəlirik. Lakin dəfələrlə sübut olunub ki, sürücünün etdiyi tələskənlik ya təhlükə ilə, ya da qəza ilə nəticələnir.
Təbriz
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












