Təmirə dayanan avtomobil cərimələndi: Yol polisindən REAKSİYA - FOTO

Bakıda təmirə dayanan avtomobil dayanma-durmaya görə cərimələnib. Bu barədə şikayətçi Baba Babuşov özü məlumat verib. Onun sözlərinə görə, özünə məxsus olan “KİA Ceed” markalı avtomobil paytaxtın Binəqədi rayonu ərazisində avtomobil təmiri sexlərindən birinin önündə dayanıb. Avtomobildə texniki problem olduğu üçün bir müddətdir həmin yerdə saxlanılıb və istismar edilməyib. B. Babaşovun sözlərinə görə, avtomobilin hətta motoru da təmir üçün sökülüb.
Amma buna baxmayaraq, təmir üçün dayanan və mühərriki çıxarılan həmin avtomobil martın əvvəlində dayanma-durmaya görə cərimələnib. Bu gün isə idarə edilməsi mümkün olmayan avtomobil ikinci dəfə eyni yerdə saxlanıldığına görə gizli çəkilib.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məsələ ilə bağlı Lent.az-a bildirib ki, avtomobil dayanma-durmanın qadağan olunduğu yerdə saxlanılıbsa, onun mühərriksiz olub-olmamasının mənası yoxdur: “Mühərriki olmasa belə, avtomobil dayanma-durmanın qadağan olunduğu yerdə saxlanılıb deyə cərimələnib. Həmin avtomobili çəkən əməkdaş nə bilsin onun mühərriki yerindədir ya yox?! Istənilən yerdə maşını dayandırıb, mühərrikin sökmək nə dərəcədə doğrudur? Yaxşı olardı ki, həmin vətəndaş avtomobili hərəkətə mane olmayan əraziyə çıxarardı”.

Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












