Xarab olub yolda qalan maşına da cərimə yazılmalıdır? - AÇIQLAMA
Qaydalar
29 Mart 2022 18:28

Son zamanlar məcburən yol kənarında dayanan avtomobillərə dayanma-durma ilə bağlı cərimə yazılması halları artıb. Avtosfer.az lent.az-a istinadən xəbər verir ki, bu barədə dəfələrlə sosial şəbəkələrdə paylaşımlar edilib. Həmin paylaşımlarda nasazlıq səbəbilə məcburən dayanan avtomobillərin cərimə olunması qeyd edilərək, narazılıqlar da bildirilib. Hətta bir neçə gün əvvəl sürücünün avtomobilin partlamış təkərini dəyişdiyi zaman belə dayanma-durmaya görə cərimələndiyi barədə mediada məlumatlar yayılıb.
Görəsən, məcburi şəkildə dayanma-durmanın qadağan olunduğu ərazidə saxlanılan avtomobilə cərimə yazılmalıdırmı?
Hüquqşünas Ərşad Hüseynov bildirib ki, sürücülər məcburi dayanma zamanı tələb olunan qaydalara riayət etsələr, onlar məsuliyyətə cəlb oluna bilməz: “Yol hərəkəti haqqında" qanuna görə, qəza-dayanma deyilən bir anlayış var. Əgər sürücü və ya sərnişinin səhhətində, avtomobildə texnik problem yaranarsa, yaxud avtomobilə yığılan yük dağılarsa, hərəkət mümkün deyil və məcburən hərəkəti dayandırmaq lazımdır.
"Yol hərəkəti haqqında" qanunun 55-ci maddəsində deyilir ki, əgər məcburi dayanma dayanma-durmanın qadağan olunduğu ərazidə baş verərsə, dərhal qəza siqnalı yandırılmalı, yaxud qəza nişanı quraşdırılmalıdır. Əgər avtomobili idarə etmək mümkünsə, çalışıb dayanma-durmanın qadağan olunmadığı yerdə saxlamaq lazımdır. Mümkün deyilsə, qeyd etdiyimiz kimi, qəza dayanma siqnalı qoşulmalı və ya nişan qoyulmalıdır. Bundan sonra isə yaranmış problemlə əlaqədar tədbir görülməyə başlanılmalıdır. Bu tədbirlər bir neçə dəqiqədən, hətta saatlara qədər belə uzana bilər. Əgər qanuna əsasən, qəza dayanma siqnalı, yaxud nişanı quraşdırılıbsa, həmin sürücü dayanma-durmanı pozduğu üçün məsuliyyətə cəlb oluna bilməz”.
Qeyd edək ki, dayanma-durma qaydalarının pozulmasına görə cərimənin miqdarı 20 manatdır.
Oxunub : 6274
DİGƏR XƏBƏRLƏR
25 Noyabr 2026 18:30
Maşını bir neçə dəfə sıxışdırıb qəza şəraiti yaratdı - 77-XT-271 - VİDEO
25 Noyabr 2026 17:30
Motosikletin işıq cihazına müdaxilə edən sürücü "göz çıxartdı" - VİDEO
25 Noyabr 2026 11:30
STOP nişanında bu səhvi edən sürücülər cərimələnə bilər – VİDEO
25 Noyabr 2026 09:00
Arxaya baxmadan yola çıxan sürücü təhlükəli vəziyyət yaratdı - VİDEO
24 Noyabr 2026 20:05
Svetofora baxmayan sürücü qırmızı işıqda keçdi - VİDEO
24 Noyabr 2026 17:45
Təcili yardım maşınlarının sürücüləri təlimlərə cəlb edilməlidir – ELMƏDDİN MURADLI
24 Noyabr 2026 17:16
Baş yoldakı maşını gözləməyən avtobus sürücüsü qəza şəraiti yaratdı - VİDEO
24 Noyabr 2026 09:00
Kəmər taxmağı özünə ayıb bilən müğənni telefon əlində maşın sürdü - VİDEO
23 Noyabr 2026 18:00
Dəfələrlə gözüyumulu ötmə edən sürücü piyadaya da təhlükə yaratdı - VİDEO
23 Noyabr 2026 16:00
Abşeronda yol polisi reyd keçirdi; sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
23 Noyabr 2026 15:48
Xaçmazda toy karvanında "avtoş"luq edən sürücü həbs edildi - FOTO
23 Noyabr 2026 15:00
Maşınını enli səkidə park edib piyadalara yer qoymadı - 77-RD-610 - FOTO
ŞƏRH YAZ











