Yol polisi bu küçədə dayanan bütün maşınlara cərimə yazır – VİDEO

Paytaxtın Həsən Salmani küçəsində yol polisi tərəfindən sürücülərə əsassız olaraq cərimələr yazıldığı iddia edilir. Bu barədə ərazidə yaşayan sakinlər məlumat verib. Onların sözlərinə görə, küçənin başında dayanma durma və parklanmanı qadağan edən nişan qoyulsa da, bu nişanlar yolayrıcılarında təkrarlanmayıb və nişanı görməyən sürücülər buna görə haqsız yerə cərimə olunurlar.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, sözügedən məsələdə sürücülər tamamilə haqlıdır: “Görüntülərə mən də baxdım. Bu məsələdə vətəndaş tamamilə haqlıdır, çünki belə çıxır ki, nişanın təsir zonasına düşməyən ərazilərdə cərimə yazırlar. Bunu vaxtilə yol polisi əməkdaşları, Bakı Nəqliyyat Agentliyinin əməkdaşları da edirdilər. Onlar bildirirdilər ki, bu nişan küçənin başında varsa, bütün küçəyə aid olur, amma bu məsələlər qanunla həll olunur, kiminsə fərziyyəsi, təxəyyülü, sözü ilə həll olunmur.
Qanun deyir ki, nişan təkrarlanmalıdır. Yol ayrıcı, kəsişmə, birləşmə olarsa, mütləq nişan təkrarlanmalıdır.
Ara yoldan çıxan sürücü haradan bilsin ki, küçənin başında dayanma-durmanı qadağan edən nişan var? Ona görə də bu məsələlər mütləq ciddi şəkildə araşdırılmalı və belə neqativ hallar aradan qaldırılmalıdır.
Sürücünün şikayəti tamamilə əsaslıdır. Deyilən nöqtədə parkinqə görə qayda pozuntusu adlı cərimənin yazılması düzgün deyil”.
Piyada keçidini heçə sayıb maşını düz üzərində park etdi - VİDEO
Avtomobili elə yerdə saxladı ki, digər sürücülər çətinlik çəkdi – VİDEO
Yolunu qısaltmaq istəyən sürücü kobud qayda pozdu - VİDEO
Qaydalardan bixəbər sürücü yolda “hoqqa” verdi - 99-AR-080 - VİDEO
Motosikletin yolunu kəsən evakuator sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Əks yola çıxıb qarşıdan gələn maşının yoluna girdilər - VİDEO
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO












