Zolağa “soxuldu”, üstəlik əsəbiləşib qarşı tərəfi günahlandırdı - VİDEO

Paytaxtın Tbilisi prospektində qayda pozan sürücü kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə aprelin 22-də saat 12:00 radələrində qeydə alınıb. Kadrlardan aydın olur ki, 77-MB-488 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobilin sürücüsü manevr qaydalarını pozaraq təhlükəli vəziyyət yaradıb. Belə ki, o, hərəkətdə olduğu zolaqdan sağa manevr edib və bu zaman həmin zolaqdakı nəqliyyat vasitəsini sıxışdırıb. Təhlükə ilə üzləşən digər sürücü siqnal verərək ona xəbərdarlıq etsə də, qayda pozan şəxs aqressiv reaksiya verərək öz hərəkətinə haqq qazandırmağa çalışıb. Daha sonra o, sürücünün etirazına məhəl qoymadan onun önünə keçərək yoluna davam edib.
Qeyd edək ki, sürücülər zolaq dəyişdirərkən digər hərəkət iştirakçılarına üstünlük verməli, təhlükə yaratmamalıdır. Əks halda, bu kimi hallar inzibati məsuliyyət yaradır və yol-nəqliyyat hadisələrinə gətirib çıxara bilər.
Nərmin
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO
Bütöv xəttin tələbini pozan sürücülər avtomobillərin hərəkətinə mane oldular - VİDEO
Sürücü keçiddəki piyadaya əhəmiyyət vermədən gəldiyi kimi getdi - VİDEO
Başqasının yolunu kəsdi; ötməyə çalışanda isə sürətlə önünə keçdi - 77-XV-003 - VİDEO
Zolağa sığmayan qadın sürücü iki dəfə qəza şəraiti yaratdı - VİDEO
Maşının qabağına keçən kuryer az qala qəzaya səbəb olacaqdı - VİDEO












