Banner

Naxçıvanda ağır yol qəzası: Beş nəfər xəsarət alıb - FOTO

Qəzalar 26 Noyabr 2026 23:49
Naxçıvanda ağır yol qəzası: Beş nəfər xəsarət alıb   - FOTO
WhatsApp kanalımıza abunə olun

Naxçıvan Muxtar Respublikasının Babək rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Yarımca kəndi ərazisində qeydə alınıb.

“Changan” və “AZSamand” markalı avtomobillərin toqquşması nəticəsində beş nəfər xəsarət alıb.

Qəza zamanı xəsarət alan 1982-ci il təvəllüdlü Mehman Qənbərov, 1988-ci il təvəllüdlü Anar Məmmədov, 1988-ci il təvəllüdlü Seyhun Şirinov, 1991-ci il təvəllüdlü Nərmin Qənbərzadə və 1990-cı il təvəllüdlü Nuranə Qənbərova Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


Oxunub : 94
ŞƏRH YAZ
Ad

E-mail

Şərh