"189 Delivery" şirkətinin kuryeri qəza törədib görün nə etdi - VİDEO

Bakıda moped sürücüsünün qəza anı avtomobildəki kameraya düşüb. Xoşagəlməz hadisə ilə üzləşən sürücü Avtosfer.az">Avtosfer.az-a müraciət edərək bildirib ki, aprelin 17-i paytaxtın Rəşid Behbudov küçəsində hərəkət edən zaman moped sürücüsü onun avtomobilini vurub.
"Svetoforun yaşıl işığında sol zolaqla hərəkətə başladığım zaman, "189 Delivery" şirkətinə məxsus motokuryer sağ tərəfdən avtomobilimin qapısına toxunaraq yan güzgünü qatdaladı. Sürət 7-10km/s-dan artıq olsaydı və əyləci vaxtında sıxmasaydım moped sürücüsü təkərin altında qalacaqdı. Motokuryer hadisədən sonra üzr istəmək əvəzinə yüksək səslə və əl işarələri edərək bildirir ki, sən məni arxadan vurmusan, mən dönmə işıqlarını yandırmışdım. Ona bildirdim ki, video çəkilib. Əgər narazısansa şikayət edərsən. O isə əhəmiyyət verməyib məni günahkar çıxartmağa davam etdi".
Zərərçəkmiş sürücü bildirir ki, hadisə ilə bağlı "189" şirkətinə zəng etsə də məsul şəxslər onunla danışmaq istəməyib.
Təbriz
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












