2042-ci ilə kimi vəsiqəsi məhdudlaşdırılan sürücü qəzada öldü - VİDEO

Türkiyədə ağır yol nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, qəza gecə saat 00.30 radələrində Manavqat bölgəsindən Antalyaya gedən istiqamətdə yaşanıb.
Sürücü Murat Volkan Sevimin idarə etdiyi minik maşını tərəvəz daşıyan KamAZ-la toqquşub. Hadisə nəticəsinə KamAZ aşıb. Avtomobil isə bir neçə dəqiqə sonra alovlanmağa başlayıb.
Ətrafdakıların müdaxiləsi ilə yanan avtomobil qısa müddətdə söndürülüb. Qəza yerinə yanğınsöndürən, təcili yardım maşını və polis əməkdaşları cəlb olunub.
Avtomobildə qalan Murat Volkan Sevim və KamAZ-ın sürücüsü S.A. təcili yardımla xəstəxanaya çatdırılıblar. Həkimlərin müdaxilələrinə baxmayaraq, Murat Volkan Sevimi xilas etmək mümkün olmayıb. O xəstəxanada vəfat edib.
Aparılan araşdırmalar zamanı Murat Volkan Sevimin dəfələrlə sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün 2021-ci ildən sürücülük vəsiqəsinə əl qoyulduğu ortaya çıxıb.
2042-ci ilə qədər sürücülük vəsiqəsinin istifadəsinə qadağan qadağa qoyulan Sevimin qəza zamanı qanında 1.98 promil alkoqol müəyyən edilib.
baku.ws
Dəhşətli qəza baş verdi: Hərbçi həlak oldu
Sükan arxasında yuxulayan sürücü qəza törətdi - VİDEO
Binəqədidə qəza: “Mercedes”lə toqquşan “Changan” aşdı - VİDEO
Cəlilabadda qəza: İki “VAZ” bir-birinə çırpıldı - VİDEO
Naxçıvanda FACİƏ: Ər-arvad xəsarət aldı, körpələri ÖLDÜ - FOTO
Masazır körpüsündə dəhşətli qəza: Yük maşını taksinin üzərinə aşdı, ölən var - VİDEO
İkinci zolaqdan sağa dönənləri avtobuslar belə vurur - VİDEO
Azərbaycanlı iş adamı faciəli şəkildə öldü - FOTO
Sürücü yuxulayıb maşını aşırdı; heyvanlar tələf oldu - FOTO
Tələsirəm deyən sürücü qəza törədib qaçdı - VİDEO
"VAZ dairəsi"ndə qəza: Betonqarışdıran maşın aşdı – VİDEO











