3 avtomobil toqquşdu, “Niva”nın sürücüsü... - FOTO

Zaqatalada 3 avtomobilin iştirakı ilə qəza baş verib.
Avtosfer.az-ın apa-ya istinadla məlumatına görə, hadisə yanvarın 22-dən 23-ə keçən gecə Zaqatala şəhərinin H. Əliyev prospektində qeydə alınıb.
Qəza zamanı “VAZ-2121” (Niva) markalı 99 FF 701, “Hyundai” markalı 99 HU 939 və “BMW” markalı 99 LT 043 dövlət nömrə nişanlı minik avtomobilləri toqquşub. Qəzadan sonra “Niva” idarəetmədən çıxaraq aşıb. 1987-ci il təvəllüdlü sürücü Azad Azad oğlu Osmanov sükan arxasında sıxılmış vəziyyətdə qalıb. O, Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə həkim briqadasına təhvil verilib. A.Osmanov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
İsmayıllıda qəzada həlak olan iş adamının FOTOsu
Şabranda yük və minik avtomobilləri toqquşdu: Ölən var
Bakıda qəza: Avtobus 3 maşını əzib SOCAR-ın binasına çırpıldı - VİDEO
Göygöldə AĞIR QƏZA: Ölən və yaralananlar var - YENİLƏNİB
Kayseridə sərnişin avtobusu yanacaq daşıyan tankerlə toqquşdu: 38 yaralı
Hava limanı yolunda zəncirvari qəza - Üç maşın toqquşdu - VİDEO
Anasının gözləri qarşısında maşın vurub öldürdü - VİDEO
Bu gün yeni restoranının açılışı olacaqdı; qəzada ÖLDÜ - FOTO
Dəhşətli QƏZA: ÖLƏN VAR
Bakının mərkəzində AĞIR QƏZA: 32 yaşlı kişi ÖLDÜ
Yevlaxda maşın motosikletlə toqquşdu - Sürücü ÖLDÜ










