Rusiyada 41 avtomobil toqquşdu: Yaralananlar var - VİDEO

Novqorod vilayətində M-11 federal magistralında kütləvi qəzaya uğrayan avtomobillərin sayı 41-ə, zərərçəkənlərin sayı 14-ə çatıb.
Beş nəfər beyin silkələnməsi ilə xəstəxanaya yerləşdirilib, onlardan dördü uşaqdır.
Bu barədə regional yol polisi idarəsinin mətbuat xidməti xəbər verib.
Bildirilib ki, xəstəxanaya yerləşdirilənlərin beyin silkələnməsi var. 9 nəfər isə xəstəxanaya yerləşdirilməkdən imtina edib.
Məlumata görə, kütləvi qəzanın baş verdiyi M-11 ödənişli magistral yolunda 4 kilometrlik tıxac yaranıb.
Qeyd olunub ki, qəzaya pis hava şəraiti səbəb olub.
***
Rusiyanın Novqorod vilayətində 30-a yaxın avtomobilin iştirakı ilə zəncirvari bqəza baş verib.
Hüquq-mühafizə orqanları zəncirvari qəzanın yolun sürüşkən olması səbəbindən baş verdiyini bildirirlər. Məlumata görə, əvvəlcə iki yük maşını toqquşub, daha sonra avtomobillər onlara çırpılıb.
Hadisə nəticəsində bir qadın ölüb, üç nəfər yaralanıb.
Paytaxt istiqamətində yolun bu hissəsində nəqliyyatın hərəkəti bağlanıb. (lent.az)
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












