7 nəfərin xəsarət aldığı vertolyot qəzasının görüntüləri - VİDEO

Cənubi Koreyada xilasetmə “Sikorsky S-76B” tipli vertolyot qəzaya uğrayıb. Avtosfer.az xəbər verir ki, insident mayın 1-i Kensan-Namdo əyalətinin Çirisan dağının ən yüksək zirvəsi olan Çhonvan yaxınlığında qeydə alınıb. Bu barədə “YTN” telekanalı məlumat verib.
Telekanalın məlumatına əsasən, heyət, infarkt keçirən bir alpinisti təxliyə etmək üçün xüsusi xilasetmə uçuşu həyata keçirib. Pilot xəstənin olduğu xərəyi iplə göyərtəyə qaldırarkən vertolyot qəfildən eniş etməyə başlayıb və qayaların üzərinə sərt qəza enişi edib.
Bildirilir ki, hadisə nəticəsində 5-i ekipaj üzvü olmaqla, 7 nəfər xəsarət alıb. Aralarında olan alpinist və onu müşayiət edən şəxsin vəziyyəti isə ağırdır.
Hazırda müvafiq dövlət qurumları tərəfindən araşdırmalara başlanılıb.
Namiq Musayev
Bakı-Qazax yolunda AĞIR QƏZA: Yanacaqdaşıyan maşın traktora çırpıldı - VİDEO
Yolda "ara işləyən" taksi sürücüsü zəncirvari qəza törətdi - ANBAAN VİDEO
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO












