Banner

Abşeronda gənc qızı evinin yanında avtomobil vurdu

Qəzalar 19 Aprel 2021 08:16 Oxunub 984
Abşeronda gənc qızı evinin yanında avtomobil vurdu
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, hadisə rayonun Digah qəsəbəsində qeydə alınıb.

Belə ki, evinin yanında yolu keçən 1995-ci il təvəllüdlü Abdullayeva Cahan Natiq qızını avtomobil vurub.

Yaralı təcili yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona sağ ayağın sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh